Havaların gah günəşli, gah yağışlı keçdiyi şıltaq yaz günlərindən hər kəsə salam olsun !!!
Yağış demişkən dünən ilk dəfə dolu yağışına şahid oldum. İlıq, çiçək qoxulu bir bahar havasında həftə sonunu dəyərləndirmək üçün çıxdığımız gəzintidən gecə gec saatda dönəsi olduq.
Biz maşına minərkən ildırımlar çaxmağa başlamışdı. Bir az yol getmişdik ki,
tappa-turuplu bir dolu başladı ki, gəl görəsən. Maşının üstünə, şüşəsinə dəyib elə səslər çıxarırdı ki, açığı maşının əziləcəyindən belə qorxduq. Hətta bir ara maşını əmniyyətli bir yerə çəkib saxlasaqmı deyə ağlımızdan keçirdik. Nə isə ki, sağ-salamat gəlib evə çıxdıq.
tappa-turuplu bir dolu başladı ki, gəl görəsən. Maşının üstünə, şüşəsinə dəyib elə səslər çıxarırdı ki, açığı maşının əziləcəyindən belə qorxduq. Hətta bir ara maşını əmniyyətli bir yerə çəkib saxlasaqmı deyə ağlımızdan keçirdik. Nə isə ki, sağ-salamat gəlib evə çıxdıq.
Amma dolunun ürküdücü yanına da şahid olduq.
Bahar yorğunluğunu yavaş-yavaş atlatmağa başlamışkən bir şeylər hazırlayıb günümüzü şənləndirməyə çalışırıq. Fərqanə bacımın bizə ziyarətə gələrkən bişirib gətirdiyi və hamımızın çoox bəyəndiyi qozlu mütəkkədən iki gün öncə mən də bir bişirim dedim. Bişirdim və yenə ləzzətindən çox razı qaldıq. İş belə olunca neçə vaxtdır bloqda bir resept paylaşmıram düşüncəsilə burada yazmağa qərar verdim. Vəə beləliklə uzuun bir girişdən sonra reseptlə sizləri baş-başa buraxıram :))
Xəmir üçün:
250 qr kərə yağı
2 x/q şəkər
1 st. qatıq+ 0,5 ç/q soda
2 yumurta sarısı
Aldığı qədər un (təx. 4 - 4,5 st)
İç üçün:
1,5 st qoz
1,5 st şəkər
2 x/ q mürəbbə suyu
2 yumurta ağı
Hazırlanma qaydası:
● Kərə yağı, şəkər, qatıq+soda, yumurta sarıları qarışdırılır.
● Üzərinə az-az un əlavə olunaraq xəmir yoğrulur. Xəmir yumşaq, lakin, yayıla biləcək halda olmalıdır.
● Yoğrulmuş xəmirdən 4 kündə tutulur. (Mənim nədənsə 6 kündə yadımda qalmışdı. Şəkil sizi çaşdırmasın :) )
Digər tərəfdən içi hazırlayırıq.
● Blenderdən və ya qoz çəkən maşından keçirilmiş qoz şəkərlə qarışdırılır.
● Üzərinə yumurta ağı və mürəbbə suyu da əlavə olunur.
● Blenderdən və ya qoz çəkən maşından keçirilmiş qoz şəkərlə qarışdırılır.
● Üzərinə yumurta ağı və mürəbbə suyu da əlavə olunur.
● Yağlı kağız sərilmiş formata az aralıqlarla düzülür.
Və beləliklə qozlu mütəkkəmiz hazırdır.Nuş olsun!!!
Kövrək və çox ləzzətli bir şirniyyatdır. Bişirib dadına baxın mütləq deyirəm. Və burda yazımı sona çatırıram. Başqa bir yazıda görüşmək diləyilə sağlıqla və bizimlə qalın :))
Sevgilər...
Kövrək və çox ləzzətli bir şirniyyatdır. Bişirib dadına baxın mütləq deyirəm. Və burda yazımı sona çatırıram. Başqa bir yazıda görüşmək diləyilə sağlıqla və bizimlə qalın :))
Sevgilər...
Ellerine saglıg.Bu menimde sevdiyim şirniyyatlardan biridi.Resepti üçün teşekkurler.nehayet ki ,tam degigliyi ile bu resepti tapdım😊
YanıtlaSilNuş olsun can bacı :)
SilEllerinize sağlık.Çok güzel görünüyorlar...
YanıtlaSilTəşəkkür edirəm. Çox sağ olun.
Silah ah yenmez mi buuuu. saol tarif içiin :)
YanıtlaSil:) Görüntüsünü bəyəndiyinə sevindim. Dadı gözəldir.
SilMerhabalar Umman hanım,
YanıtlaSilÇok lezzetli görünüyor bu mamişler ellerinize sağlık 😘 Demin mesajınızı aldım çiftlik Temalı parti setini bulabilirsem ve isterseniz blogumda ücretsiz yayınlayabilirim. Mail gönderirseniz sevinirim neselisusevim@gmail.com
Sevgiler
Çoox təşəkkür edirəm.
SilVallah çiftlik temalı bir set çox böyük hədiyyə olardı bizim üçün :)
Maildən yazacam sizə. Təkrar təşəkkürlər.
Dün burada da dolu yağdı bir ara.
YanıtlaSilYazını okuyup anlamaya çalışmak çok keyifli oluyor. Bulmaca çözer gibi hissediyorum. Bizdeki bir harfi farklı farklı görmek şaşırtıcı. K bir x bir de q oluyor meselâ :)
İlk baharın şımarıklığı işte :)
SilAzəricəni sıxılmadan oxuyub çözməyə çalışmanız çox şad etdi məni. Doğru təsbit etmisiniz. Səs və hərf əvəzlənmələri var bizdə. X bəzən də sizdəki H səsinin yerinə işlənir: xəmir (hamur), taxta (tahta) və s.
Qısa müddətdə dillərimiz arasında nə qədər az fərqin olduğunu görəcəksiniz. Sevgilər.
Çok lezzetli görünüyor! Eline sağlık:))
YanıtlaSilTəşəkkür edirəm canım mənim.
SilCevizli kurabiye nefis görünüyor fotoğrafta harika ellerinize sağlık 😊. Paylaşım için teşekkürler sevgilerimle 😊❤
YanıtlaSilSizinkilərə yetişməz amma arada bir edirik bizdə belə şeylər:) Bəyənmənizə çox sevindim. Mən təşəkkür edirəm.♡♡
SilÇooox lezzetli olmuşdu. Ellerinize saglıq.
YanıtlaSilOoo Aybənizimmm... Xoş gəldin birdənəmmm... Məhz şəkildəki mütəkkələrdən dadan biri olaraq bəyənmənə çox sevindim. Nuş olsun.♡♡
Silelmalı turta galiba, bayılırım :D elinize sağlık
YanıtlaSilOna bənzəyir.Amma içərisində alma deyil, qoz var. Təşəkkür edirəm.
Silhmm qoz'un ne demek olduğunu bilmediğim için direk elma diye düşündüm :) ceviz galiba?
SilDüz tapdın :) Cevizə bizdə qoz deyilir. Bəzi rayonlarda cöyüz də deyilir.Elma - alma.Çox az fərq var dillərimizdə yəni :)
SilUmman Hanımm bloğunuza gelince gözlerim yemek tarifi arıyor ne yalan söyleyeyim :) Çok hamaratsınız maşallah, elleirnize sağlık nefis görünüyor <3 :)
YanıtlaSil:) Nə gözəl. Daha mı çox yemek resepti paylaşsam o zaman? Bəyənmənə sevindim.Sevgilər.
Sil