10 Nisan 2017 Pazartesi

Qozlu mütəkkə

        
   Havaların gah günəşli, gah yağışlı keçdiyi şıltaq yaz günlərindən hər kəsə salam olsun !!!
  
   Yağış demişkən dünən ilk dəfə dolu yağışına şahid oldum.  İlıq, çiçək qoxulu bir bahar havasında həftə sonunu dəyərləndirmək üçün çıxdığımız  gəzintidən gecə gec saatda dönəsi olduq.
   
   Biz maşına minərkən ildırımlar çaxmağa başlamışdı. Bir az yol getmişdik ki,
tappa-turuplu bir dolu başladı ki, gəl görəsən. Maşının üstünə, şüşəsinə dəyib elə səslər çıxarırdı ki, açığı maşının əziləcəyindən belə qorxduq. Hətta bir ara maşını əmniyyətli bir yerə çəkib saxlasaqmı deyə ağlımızdan keçirdik. Nə isə ki, sağ-salamat gəlib evə çıxdıq.
   
   Amma dolunun ürküdücü yanına da şahid olduq.
   
   Bahar yorğunluğunu yavaş-yavaş atlatmağa başlamışkən bir şeylər hazırlayıb günümüzü şənləndirməyə çalışırıq. Fərqanə bacımın bizə ziyarətə gələrkən bişirib gətirdiyi və hamımızın çoox bəyəndiyi  qozlu mütəkkədən iki gün öncə mən də bir bişirim dedim. Bişirdim və yenə ləzzətindən çox razı qaldıq. İş belə olunca neçə vaxtdır bloqda bir resept paylaşmıram düşüncəsilə burada yazmağa qərar verdim.  Vəə beləliklə uzuun bir girişdən sonra reseptlə sizləri baş-başa buraxıram :))

  Xəmir üçün:
250 qr kərə yağı
2 x/q şəkər
1 st. qatıq+ 0,5 ç/q soda
2 yumurta sarısı
Aldığı qədər un (təx. 4 - 4,5 st)


İç üçün:
1,5 st qoz
1,5 st şəkər
2 x/ q mürəbbə suyu
2 yumurta ağı


Hazırlanma qaydası:
● Kərə yağı, şəkər, qatıq+soda, yumurta sarıları qarışdırılır.
        
● Üzərinə az-az un əlavə olunaraq xəmir yoğrulur. Xəmir yumşaq, lakin, yayıla biləcək halda olmalıdır. 
        
● Yoğrulmuş xəmirdən 4 kündə tutulur. (Mənim nədənsə 6 kündə yadımda qalmışdı. Şəkil sizi çaşdırmasın :) )
        
Digər tərəfdən içi hazırlayırıq.
● Blenderdən və ya qoz çəkən maşından keçirilmiş qoz şəkərlə qarışdırılır.
● Üzərinə yumurta ağı və mürəbbə suyu da əlavə olunur.
        
● Xəmir yayılır. 6 və ya 8 yerə üçbucaq şəklində bölünür( 4 kündə olduqda 8 yerə bölmək lazımdır). 
        
● Üçbucağın geniş tərəfinə içlikdən qoyulur. Hər iki tərəfi içə doğru qatlanıb rulet kimi bükülür.
        
● Yağlı kağız sərilmiş formata az aralıqlarla düzülür. 
        
● 180°-li öncədən isidilmiş sobada bişirilir. Üstünün çox qızarmamasına diqqət etmək lazımdır.
   Və beləliklə qozlu mütəkkəmiz hazırdır.Nuş olsun!!!
        
   Kövrək və çox ləzzətli bir şirniyyatdır. Bişirib dadına baxın mütləq deyirəm. Və burda yazımı sona çatırıram. Başqa bir yazıda görüşmək diləyilə sağlıqla və bizimlə qalın :))
                       Sevgilər...









22 yorum:

  1. Ellerine saglıg.Bu menimde sevdiyim şirniyyatlardan biridi.Resepti üçün teşekkurler.nehayet ki ,tam degigliyi ile bu resepti tapdım😊

    YanıtlaSil
  2. Ellerinize sağlık.Çok güzel görünüyorlar...

    YanıtlaSil
  3. ah ah yenmez mi buuuu. saol tarif içiin :)

    YanıtlaSil
    Yanıtlar
    1. :) Görüntüsünü bəyəndiyinə sevindim. Dadı gözəldir.

      Sil
  4. Merhabalar Umman hanım,

    Çok lezzetli görünüyor bu mamişler ellerinize sağlık 😘 Demin mesajınızı aldım çiftlik Temalı parti setini bulabilirsem ve isterseniz blogumda ücretsiz yayınlayabilirim. Mail gönderirseniz sevinirim neselisusevim@gmail.com
    Sevgiler

    YanıtlaSil
    Yanıtlar
    1. Çoox təşəkkür edirəm.
      Vallah çiftlik temalı bir set çox böyük hədiyyə olardı bizim üçün :)
      Maildən yazacam sizə. Təkrar təşəkkürlər.

      Sil
  5. Dün burada da dolu yağdı bir ara.

    Yazını okuyup anlamaya çalışmak çok keyifli oluyor. Bulmaca çözer gibi hissediyorum. Bizdeki bir harfi farklı farklı görmek şaşırtıcı. K bir x bir de q oluyor meselâ :)

    YanıtlaSil
    Yanıtlar
    1. İlk baharın şımarıklığı işte :)
      Azəricəni sıxılmadan oxuyub çözməyə çalışmanız çox şad etdi məni. Doğru təsbit etmisiniz. Səs və hərf əvəzlənmələri var bizdə. X bəzən də sizdəki H səsinin yerinə işlənir: xəmir (hamur), taxta (tahta) və s.
      Qısa müddətdə dillərimiz arasında nə qədər az fərqin olduğunu görəcəksiniz. Sevgilər.

      Sil
  6. Çok lezzetli görünüyor! Eline sağlık:))

    YanıtlaSil
  7. Cevizli kurabiye nefis görünüyor fotoğrafta harika ellerinize sağlık 😊. Paylaşım için teşekkürler sevgilerimle 😊❤

    YanıtlaSil
    Yanıtlar
    1. Sizinkilərə yetişməz amma arada bir edirik bizdə belə şeylər:) Bəyənmənizə çox sevindim. Mən təşəkkür edirəm.♡♡

      Sil
  8. Çooox lezzetli olmuşdu. Ellerinize saglıq.

    YanıtlaSil
    Yanıtlar
    1. Ooo Aybənizimmm... Xoş gəldin birdənəmmm... Məhz şəkildəki mütəkkələrdən dadan biri olaraq bəyənmənə çox sevindim. Nuş olsun.♡♡

      Sil
  9. elmalı turta galiba, bayılırım :D elinize sağlık

    YanıtlaSil
    Yanıtlar
    1. Ona bənzəyir.Amma içərisində alma deyil, qoz var. Təşəkkür edirəm.

      Sil
    2. hmm qoz'un ne demek olduğunu bilmediğim için direk elma diye düşündüm :) ceviz galiba?

      Sil
    3. Düz tapdın :) Cevizə bizdə qoz deyilir. Bəzi rayonlarda cöyüz də deyilir.Elma - alma.Çox az fərq var dillərimizdə yəni :)

      Sil
  10. Umman Hanımm bloğunuza gelince gözlerim yemek tarifi arıyor ne yalan söyleyeyim :) Çok hamaratsınız maşallah, elleirnize sağlık nefis görünüyor <3 :)

    YanıtlaSil
    Yanıtlar
    1. :) Nə gözəl. Daha mı çox yemek resepti paylaşsam o zaman? Bəyənmənə sevindim.Sevgilər.

      Sil