18 Şubat 2019 Pazartesi

Bloqum 3 yaşında ! 🎉



   Ah, mənim gözəl bloqum... Hisslərimin, duyğu-düşüncələrimin ən rahat gəzindiyi, qəlbimdəkilərə, mübhəm arzularıma, sirlərimə şahid yeganə dostum!
   Həyat şərtlərimi desəm, sürətli keçən zamanın oyunumu desəm, yoxsa başqa şeylərdə günah axtarmağı bir yana buraxıb öz vəfasızlığımmı desəm...
Mən bu il sənin yaranıb mənə sirdaş olmağa başladığın günü unutdum... Yavaş-yavaş dünyaya alışıb, dirçəldiyin özünü bir az daha rahat ifadə edə bildiyin 3 yaşını qeyd etməyi unutdum... 😔 

   Halbuki, bu il yarandığın gündən bu yana ən aktiv dövrünü yaşamışdın... Ən çox yazı bu il yayınlamışdıq birgə... Sənə mədhiyyələr yazacaqdım guya...
   Amma olsun... Hər şeydə, hətta unutqanlıqda belə bir xeyrin gizləndiyinə  inancı olan insanlarıq biz...
   Gecikmiş ola bilərik, unutmuş ola bilərik. Lakin ad günü yazını da yazmadan keçə bilməyəcəm.
   Mənim biriciyim, sevimli bloqum, nə yaxşı ki, varsan! Nə yaxşı ki, həyatıma təşrif buyurmusan. Mənim qəlb dostum, iç aynam, həyatıma rəng qatanım...
   Bu üç ildə bəzən sevincimə şərik oldun, ən xoş duyğularımı kəlimələrlə əks etdirdin səhifələrində... Bəzən dərdli oldum, qorxularım, qayğılarım, əndişələrim oldu. Bu zaman da təsəlli oldu, yazdıqlarım... Yazdım, yazdım rahatladım... Sən oldun tək anlayanım.
   Ümid edirəm ki, bərabər hələ çoox illərə çıxarıq. Hər ad günündə məhz sənə ithaf edərəm yazımı.
   Ad günün mübarək canım bloqum!

17 yorum:

  1. Bence harika yazmaya devam

    YanıtlaSil
  2. nice nice yaşlara sağlık ve mutlulukla

    YanıtlaSil
  3. Blogunun daha nice yıllarını beraber kutlamak dileği ile! ^-^

    YanıtlaSil
    Yanıtlar
    1. Teşekkür edirem. Vefalı bloqdaşım.😊💖

      Sil
  4. oleeeey oleeeeey hep beraber olalıım en sevdiklerimdensin kiiiii :)

    YanıtlaSil
    Yanıtlar
    1. Oyy teşekkür ederim Deep. Men de seni çooox sevirem.💖💖

      Sil
  5. Nice güzel yazı dolu yılları olsun bloğunun :)

    YanıtlaSil
    Yanıtlar
    1. Uzaqdakı yaxın dostum😊 Minnetdaram. Sizinle beraber olsun inşallah.💞💞💞

      Sil
  6. Tanıtım için çok teşekkürler.Kendi kendime meydan okuma, yazı dizimi okumak üzere sizi blogumda ağırlamaktan şeref duyacağım,

    YanıtlaSil
  7. Başarılar nice yıllara Umman

    YanıtlaSil