Gəlişi ilə bütün qəlblərə bir həyəcan, bir şənlik, bir coşğu hədiyyə edən, ağaclara muncuq düzüb, çəmənlərə ulduz səpən, qışdan keçəl qalmış təbiəti ciddi-cəhdlə gözəlləşdirib qəmli könlünə sevgi, ümid və sevinc tumurcuğu buraxıb, üzünə təbəssüm qonduran xınalı sona...
Tez-tez yağan rəhmət yağmurları ilə tozlanmış, bozarmış, darıxdırıcı yolları yuyub önümüzə tər-təmiz və parlaq bir şəkildə sərib, gözəl günlərin, xoşbəxt gələcəyin xəyalını qurduran xınalı sona...
Bəzi ağacları zümrüd, bəzilərini yaqut daşlarla bəzəyib, çöllərə, düzlərə yaşıl atlazdan örtük sərən və bunlara uyğun Rəbbimizin yaratdığı əvəzsiz rəng ahəngi - əlvan çiçəklərlə gözümüzə, könlümüzə bir şölən yaşadan xınalı sona...
Səmada çiçək ləçəklərinə qarışıb zərif qanadlarını çırpa-çırpa uçuşan kəpənəklərin, parabüzənlərin, arıların qısacası, çiçəklərin olduğu qədər, böcəklərin də mövsümüdür bahar...
Çəmənlərdə, meşələrdə, yamaclarda, düzlərdə yaşılın və günəşin parlaq şüaları ilə asimanda mavinin ən gözəlinin yaşandığı mövsümdür bahar...
Qara qarğaların, boz sərçələrin yerinə qonaq etdiyi rəngarəng quşlarla ətrafı dolduran quş cəh-cəhi və şərqiləri ilə qəlbimizə nüfuz edən bir mövsümdür bahar...
Və ağac çiçəklərinin, yasəmənlərin, iydələrin bir-birinə qarışmış, insanı bihuş edən rayihəsi ilə bütün havanı bürümüş qoxuların ən gözəlinin duyulduğu bir fəsildir, eyni zamanda bahar...
Dağlardakı sərt buzları şəfqətilə əridib çayları coşduran, ota-ələfə, kola-kosa, ağaca-budağa cücərib, boy atması üçün həyat bəxş edən mərhəmətli xınalı sonamızdır bahar...
Bahar Rəbbimizin cənnəti bizə xatırlatmaq üçün sərgilədiyi gözəlliklər məcmusu, ölümdən sonra dirilişi isbat edən dəlillər toplusu, saysız nemətləri ilə şükür etdirən bir lütfüdür əslində...
Hər kəsə həyatında yeni səhifə açıb qara qışdan sonra gələcək əlvan günlərin müjdəçisidir bahar...
Qəlbiniz daim bahar coşğulu, həyatınız bahar qoxulu olsun sevgili oxucu...
Könlünüzdəki bahar nəğməsi heç susmasın, xəyallarınız bahar dadlı, gələcəyiniz bahar soraqlı olsun...
Xınalı sonamız kimi hər zaman gözlənilən, arzu olunan və sevilən olaraq qalın...
Sevgiylə qalın...
***
Günəşin yandırmadığı sadəcə isitdiyi, çiçəklərin açmaq üçün səbirsizliklə gözlədiyi, quşların sevgi ilə söhbətə başladığı bir mövsümdür bahar...
Könlündə son baharın hüznünü yaşayan birinə ilk baharın gözəlliyini anlada bilməzsən.
Baharda asta-asta yeri, çünki ana torpaq hamilədir.
Hindu atalar sözü.
Bütün çiçəkləri qopara bilərsiniz, amma, baharın gəlişinə mane ola bilməzsiniz.
Pablo Neruda
Haqqdan bahar fərmanı gəlmədikcə torpaq sirrini aça bilməz...
Mevlana
Qısa yayların baharı erkən gəlir...
W. Shakespeare.
Üzülmə! Tikandan gül bitirən, qışı da bahara çevirəcək.
Mevlana
Hər gecənin bir səhəri, hər qışın bir baharı var.
***
Digər fəsillərə həsr olunmuş yazıları oxumaq istəsəniz sadəcə adlarına toxunmanız kifayətdir:
1. Sarı gəlin
2. Bəyaz mələk
***
Günəşin yandırmadığı sadəcə isitdiyi, çiçəklərin açmaq üçün səbirsizliklə gözlədiyi, quşların sevgi ilə söhbətə başladığı bir mövsümdür bahar...
Könlündə son baharın hüznünü yaşayan birinə ilk baharın gözəlliyini anlada bilməzsən.
Baharda asta-asta yeri, çünki ana torpaq hamilədir.
Hindu atalar sözü.
Bütün çiçəkləri qopara bilərsiniz, amma, baharın gəlişinə mane ola bilməzsiniz.
Pablo Neruda
Haqqdan bahar fərmanı gəlmədikcə torpaq sirrini aça bilməz...
Mevlana
Qısa yayların baharı erkən gəlir...
W. Shakespeare.
Üzülmə! Tikandan gül bitirən, qışı da bahara çevirəcək.
Mevlana
Hər gecənin bir səhəri, hər qışın bir baharı var.
***
Digər fəsillərə həsr olunmuş yazıları oxumaq istəsəniz sadəcə adlarına toxunmanız kifayətdir:
1. Sarı gəlin
2. Bəyaz mələk
Ne güzel anlatmışsınız.İçim açıldı okurken.Fotoğraflar da harika alıntılar da.Kaleminize sağlık...
YanıtlaSilTəşəkkür edirəm. Bəyəndiyiniz üçün çoox sevindim♡
SilNe güzel bahar fotoları :)) İçim açıldı :))
YanıtlaSilMən də ilk baxışdan içimi açan rəsmləri seçməyə çalışmışdım. Təşəkkür edirəm.♡
SilAh, bahar :) Her kara kıştan sonra muhakak gelir, değil mi?
YanıtlaSilMütləq. Əslində Rəbbimizin bizə ən sıxıntılı anlarımızda belə bu nümunəyə baxıb dərs çıxarmağımız üçün bir lütfüdür bahar. Yorumunuz üçün təşəkkürlər.
SilMerhaba yeni keşfettim blogunuzu ve takibe aldım bende beklerim😊Resimler öyle güzel ki içim açıldı valla
YanıtlaSilXoş gəldiniz, səfalar gətirdiniz. Bloqunuzun adını eşitmişəm. Məmnuniyyətlə ziyarət edəcəm. Sevgilər.
SilÇok güzel ifadelerini süsleyen bahar görüntüleri içimi ferahlattı Umman. Güzel bir yayındı, emeklerine sağlık kızım. Sevgiyle gözlerinden öperim :)
YanıtlaSilBəyəndiysəniz nə mutlu bizə Ece ablam. Çox çox təşəkkür edirəm.Sevgilərrr...♡♡♡
SilHarika anlatmışsın cidden :) Emeğine sağlık :)
YanıtlaSilSağ olun minnətdaram :**
SilBugün dolu yağıyordu burda (Finlandiya'da) biz baharı göremiyeceğiz bu yıl:D
YanıtlaSilXoş gəldiniz. Oralar bir az soyuq olur bildiyim qədərilə. Amma baharsız olarmı heç? Axır-əvvəl gəlib çıxacaq oralara da :) Bol günəşli çiçək qoxulu baharlar qismətiniz olsun inşallah.
Silyaaa ne güzel sölemişsin yaaa fotolar da çok tatlıııı :)
YanıtlaSil:)) Tatlı yorumun üçün mən də çooox təşəkkür edirəm. Mən də bahar rəsimlərini çox sevirəm. İnan daha çox qoymamaq üçün özümü zor tutdum :) ♡♡♡
SilBahar ən sevdiyim fəsil , bahar həmdə qiyamət gününə inanmayanlara əyani sübutdur əslində Allah-Taala ölmüş ağacları , ölmüş torpağı yenidən necə canlandırırsa bizləridə Məhşər günündə o cür oyandıracaq. Həmin gün üzü ağ olanlardan eyləsin bizləri inşallah
YanıtlaSilAminnn... Baharı sevməyən varmı görəsən? Rəbbimizin cənnəti xatırladan sənət əsərlərinin sərgiləndiyi möhtəşəm bir fəsildir bahar.
SilFotoğraflar, yazı şahane Umman Hanımcığım derdimi tasamı attım desem yeridir. Emeğinize sağlık, çok sevgiler <3 :)
YanıtlaSilBəyənmənə çox sevindim canım mənim. Bizdən də bol-bol öpücüklər :) ♡♡♡
Silne kadar güzel resimler..ben yazı baharı seviyorum,kış hiç gelmesin :)
YanıtlaSilBahar mənim də ən çox sevdiyim fəsildir. Amma qış olmasa onun gözəlliyini hiss edə bilmərik ki... Hər mövsüm gözəldir əslində.
YanıtlaSil