16 Haziran 2017 Cuma

Ramazanda pəhriz(dieta)


        
   Yay fəsli yaxınlaşarkən hamımızı bir qayğı görürür - arıqlamaq. Qışda qalın paltarların altında yaxşı komuflaj olan vücudumuzun havalar isindikcə geydiyimiz nazik geyimlər sayəsində bütün qüsurları ortaya çıxır və beləliklə, həyəcan təbili çalınır. Yaya daha incə-mincə girmək üçün pəhrizlər, idmanlar əsas gündəmimizə çevrilir.

   Bu il qışda  ipin ucunu qaçıranlar daha çox olub deyəsən. Çünki ətrafımda mən daxil tanıyıb-bildiyim bir çox insan dietadadır.

   Ramazanda bəzi insanlar arıqlasalar da, bir çoxu kökəlməkdən şikayətlənir. Bu mübarək ayın başlanması  dietalara da müəyyən qədər öz təsirini göstərir.

   Ramazanda tutulan oruc, əslində, tamamilə mənəvi bir məsələdir. Bunun orqanizmə xeyri, sağlamlığa təsiri çox-çox arxa planda qalan, müsəlmanlar üçün o qədər də əhəmiyyət kəsb etməyib, diqqətə alınmayan cəhətlərdir. Yəni heç birimiz orucu nə arıqlamaq, nə də sağlamlığa qovuşmaq üçün tutmuruq. Sırf Allahın (C.C) əmri olduğu üçün yerinə yetiririk.

   Lakin, Ramazanda qidalanmanın da bir qaydası, bir üsulu var. Sahur və iftarda hər önümüzə gələni, heç bir sərhəd tanımadan tükətmək islami cəhətdən də doğru deyil. Üstəlik belə oruc min bir əziyyətlə verdiyimiz kiloları tezliklə geri almağımzla da nəticələnə bilər.

   Bəs Ramazanda kilo almamaq və ya bu mübarək ayda dietamıza davam edə bilmək üçün nələrə diqqət etməliyik? Həm özüm, həm də sizin üçün araşdırıb hazırladım bu yazını sevgili oxucu. Əslində Ramazan girmədən hazırlasam da yayımlamaq bu günə qismət oldu. Ümid edirəm ki, bir çoxumuza faydası olar.

   Dietada olanlar və artıq çəki almaq istəməyənlər və eyni zamanda Ramazanda sağlam qidalanmaq istəyənlər nələrə diqqət etməlidirlər?

1. Mütləq sahur edilməlidir - Bir çoxumuza şirin yuxumuzu bölmək xeyli əziyyətli gəlir. Ətrafımda oyanıb sadəcə su içərək yatan bir çox insan tanıyıram. Amma bu əslində nə islami nə də sağlamlıq cəhətdən doğru deyilmiş. Həm mənəvi olaraq bu vaxtın bərəkətini qaçırmış, həm də bədəni ac buraxaraq iftarda daha çox yeməyə və də yediklərimizin vücudumuzda daha çox ehtiyat qida, yəni yağ olaraq depolanmasına yardımçı oluruq.
Sahurda seçəcəyimiz qidalar da önəm ərz edir. Bu qidalar protein, yağ və karbobidrat cəhətdən mütənasib olmalıdır.

Sahur menyusuna daxil edə biləcəyimiz qidalar:
qaynadılmış yumurta
süd
az yağlı və ya yağsız pendir
zeytun və ya qoz
bəhməz
meyvə
kəpəkli çörək
açıq çay
       
2. Orucumuzu açarkən tələsməməli,  yavaş davranmalıyıq. Yəni gün boyu ac qalan vücudumuza birdən yüklənməməliyik. Qanda yaranmış maqnezium və karbohidrat əksikliyini aradan qaldıra biləcək ən gözəl qida xurmadır. Çəkimizə əsasən müəyyən etdiyimiz sayda xurma ilə orucu açmaq idealdır. Ardınca normal otaq şəraitindəki, çox da soyuq olmayan bir stəkan suyu içərək su ehtiyacının da bir qismini qarşılayırıq.

3. Ardınca bir balaca kasa yüngül və ilıq şorba( bizdəki kimi, ətli, makaronlu və yağlı olanından deyil) içmək lazımdır.

4. Əsas yeməyə keçmək üçün 20 dəqiqə ara vermək lazımdır. Beləliklə, yeməkdən 12-15 dəqiqə sonra beyinə çatan  doyma siqnalı sayəsində toxluq hissi yaranır və  əsas yeməkdən daha az yemiş oluruq.

  İftar menyusuna daxil edə biləcəyimiz qidalar:
1 porsiya qaynadılmış və ya sobada bişirilmiş dana, toyuq və ya balıq əti
1 porsiya zeytun yağlı tərəvəz yeməyi
1 kasa qatıq
bol salat
1-2 dilim kəpəkli və ya çovdar çörəyi
       
5. İftardan sonra maksimum 2 porsiya meyvə yemək, gecə boyu qandakı şəkəri tənzimləmək üçün isə 1 stəkan süd içmək və ya 1 kasa qatıq yemək lazımdır. Mənim kimi şirniyyata qarşı iradəniz zəifdirsə qeyd etdiyimiz süd+meyvə yerinə südlü şirniyyat (məsələn sadə dondurma və s.) yeyə bilərsiniz. Lakin bu həftədə maksimum 2-3 dəfəni keçməməlidir ( nə yalan söyləyim buna çox əməl edə bilmirəm :(( )
       
6. Gəldik ən önəmli nöqtəyə. Yuxarıda saydıqlarımızla yanaşı sahur və iftarla birlikdə gündə ən az 2 litr su içmək lazımdır.

   Bəs bu suyu hansı şəkildə nə zaman içəcəyik? Tələsməyin yazını oxumağa davam edin :)
• sahurda iki stəkan ( 1 stəkan yataqdan qalxan kimi, bir stəkan sahur edib bitirəndən sonra)
• iftarda iki stəkan ( 1 stəkan iftarı açarkən yavaş bir şəkildə, 1 stəkan isə iftardan sonra)
• iftar və sahur arasında saatda 1 stəkan olmaqla 4 stəkan
Qeyd: Çay, qəhvə su yerinə keçmir. Bunun əvəzinə bitki çaylarından içməyiniz tövsiyə olunur.   Digər məsləhətli içəcək isə az şəkərli Limonatdır.
       
   Ramazanda idman mövzusunu da araşdırdım. Çünki bəzilərinə görə acqarnına edilən idman daha gözəl nəticələr verir.  Yaxşı bəs bütün gün ac qaldığımız bu mübarək ayda da eyni məsələ keçərlidirmi?
   Diqqət mütəxəssislər xəbərdarlıq edir, oruclu ikən qətiyyən idman etməyin.Əks təqdirdə yağ yerinə əzələlər əriyəcək və beləliklə xeyir əvəzinə vücudumuza ziyan vurmuş olacağıq. İdeal olanı iftardan 2 saat sonra 30 dəqiqəlik gəzinti və ya idman etməkdir.
       
   Ümid edirəm ki, gec də olsa bu məlumatlar işinizə yarayar. Şəxsən mənim çox yaradı. Bloqumun yaddaşına həkk edərək gələcək illərdə də baxıb əməl etmək, həm də bilməyənlərə bildirmək istədim. 

   Vəə bir yazının da sonuna gəldim:) Başqa yazılarda görüşmək diləyilə canlar! Özünüzə yaxşı baxın və arada bizi ziyarət etməyi unutmayın:))) Sevgilər...






10 yorum:

  1. Benim ihtiyacim olmasa da cok güzel yazmissin canm. İftarda karpuz yemek cabuk sisirdigi icin tok tutarmis. Ama sahurda aciktirirmis 😄 bunu yeni ögrendim. İnsallah herkes istedigi kiloyu verir 💕

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkür edirəm.Qarpız məlumatı da maraqlı imiş. Bizlərdə qarpız yeni-yeni çıxır. Nübar etməmişik hələ :)

      Sil
  2. Bu ramazan iftarda az yedim..faydasını da sonraki gün gördüm.
    İftarda çok yemeyince sahurda kahvaltıda hem daha çok hem daha faydalı yiyecekler tükettim çayımı da mutlaka içim çok az susuzluk çektim.
    Kesinlikle sahurda yemek gereklidir.
    Faydalı bilgiler için teşekkür ederim.
    (Bu yeni bloğumdur-Degmesin Yağlı Boya)

    YanıtlaSil
    Yanıtlar
    1. Mən təşəkkür edirəm. Yeni isminiz də xeyirli-uğurlu olsun inşallah. Çox sevindim. Ziyarət üçün təşəkkürlər.

      Sil
  3. Yaz aylarına denk geldiğinde spor çok zor tabi ki :) Mevcut suyu dikkatli kullanmak gerekiyor. İftar ve sahur arası çok yakın olduğundan da sahur yapmak bile zor değil mi?
    Allah sabrını kuvvetini versin ve kabul etsin inşallah.
    Harika bir düzenleme olmuş canım eline sağlık.

    YanıtlaSil
    Yanıtlar
    1. Minnətdaram. Eynən. İftarda çox az yemək lazım demək ki, sahurda yeyə bilmək üçün. Mən ilk zamanlar çox yaxşı başladım sonlara doğru korladım :( Sevgilər.

      Sil
  4. Lazımlı və maraqlı bir yazı olub barmaqlarına qüvvət . Əslində fikir verdim mən burda yazılanların çoxunun əksinə edirəm hər şeyi , tərs-mərslik var məndə deyəsən☺. Mən iftarı bu cür yesəm anam aşağı olan qanımı bir azda aşağı salıram deyə beynimin ətini yeyər😀.

    YanıtlaSil
    Yanıtlar
    1. :)) Əslində bu sağlıqlı qidalanmaqdır. Deyilənləri eynilə etsək tam tərsi Ramazanda vücudumuzu qorumuş olarıq. Nə qanımız düşər, nə zəifləyərik, nə də ki, əksinə orqanizmamızı boşuna yükləmiş olarıq. Amma təəssüf ki, tam əməl edə bilmirik. Təşəkkürlər birdənəm♡♡

      Sil
  5. Oruç tutma süresi çok uzun olunca insan önce gözüm doysun diye dolduruyor da dolduruyor iftar sofralarını.Halbuki bir çorba ve salata bile yetiyor insana.Sahurda ise en tok tutucu ve sağlıklı bana göre kahvaltı..

    YanıtlaSil
    Yanıtlar
    1. Çox haqlısınız, gün boyu iftardan sonra yeyəcəm deyə düşündüyümüz bir çox şeyə yaxın belə dura bilmirik. Mədəmiz yediyimiz yeməklə tam dolmuş olur. Amma biz israrla daha da doldurmağa çalışırıq. Yorum üçün təşəkkürlər.♡♡♡

      Sil