12 Şubat 2018 Pazartesi

Şokoladlı qurabiyə


(Səhvən sildiyim pu postumu çox çalışsam da yorumları ilə birgə geri qaytara bilmədim:( Məcburən yenidən , amma, eyni tarixə yükləyəsi oldum)
    Ləzzətli bir reseptlə yenə qarşınızdayam əzizlərim. Birdən ağlıma gəldi ki, mən uzun zamandı heç bir resept paylaşmıram bloqumda. Hansı resepti paylaşım deyə düşünərkən bu aralar uşaqlı-böyüklü bütün ailənin favorisi olan bir qurabiyə reseptinin məqsədəuyğun olacağını düşündüm. İndidən deyim bu qurabiyə həyatınızda yediyiniz ən dadlı qurabiyə ola bilər. Hələ bir də bizim kimi şokolad və kakao sevənlərdənsinizsə kağız-qələminizi hazırlayın. Başlayıram ərzaqları saymağa:

Xəmir üçün:
2 ədəd yumurta
1 st şəkər
1 stəkandan bir barmaq əksik duru yağ
2 x/q kakao
2,5 stəkan un
1 paket qabartma tozu
1 paket vanel
1 x/q damla şokolad + 2 x/q əritmək üçün
1 armudi stəkan kakos




Hazırlanma qaydası:
◆ Bir qaba yumurtaları qırırıq;
◆ Üzərinə şəkəri, duru yağı, kakaonu əlavə edib yumurta çalanla yaxşıca qarışdırırıq;
◆ Qabartma tozu, vanel, damla şokolad və unu da töküb nisbətən yumşaq bir xəmir yoğururuq (qurabiyənin quru olmaması üçün xəmirin yumşaq olmasına diqqət edin);
◆ Təxminən, iri bir qoz böyüklüyündə parçalar qoparıb əlimizin içində yumrulayırıq;
◆ Yağlı kağız sərilmiş sobanın qabına bir az aralı şəkildə yan-yana düzürük;
◆ 170°-li əvvəldən isidilmiş sobada 15-20 dəqiqə bişiririk;
◆ Sobadan çıxardıb soyutduğumuz qurabiyələrin bir tərəfini əvvəl benmari üsulu ilə (buxar vannasında) əritdiyimiz şokolada, sonra isə kakosa batırıb bir qaba yan - yana düzürük. Mən qurabiyələrin bir hissəsini ağ şokolada bulayıb rəngli kakosa batırdım. İstəyə görə xırda doğranmış qoz, fındıq, fısdığa da batıra bilərsiniz. 


Vəə...Dadadadaaaammm qurabiyələr hazırdır :) İsti bir çay və ya südlü qəhvə ilə ləzzətlə yemək qalır bircə :)
Ümid edirəm ki, resepti bəyəndiniz. Mütləq siz də bişirin deyirəm. Uşaqlarınız çoox sevəcək əmin olun.
Beləliklə, bir yazının da sonuna gəldik hörmətli oxucular :) Başqa yazı və reseptlərdə görüşmək diləyilə, sağlıqla qalın:) ♡♡♡

Bloqumda paylaşdığım digər şirniyyat reseptləri

4 yorum:

  1. Güzel görünüyor. Ellerinize sağlık:)

    YanıtlaSil
    Yanıtlar
    1. Çox teşekkür edirem. Dadı da gözeldir inanın. ❤

      Sil
  2. Ellerine sağlık, harika bir kurabiye :)

    YanıtlaSil
    Yanıtlar
    1. Ahh "böyle tarz lezzetleri çok severim" diye yine güzel bir yorum yapmıştınız silinen postuma ama kurtaramadım😔 Çok teşekkür ederim. Sevgiler.

      Sil