9 Nisan 2018 Pazartesi

Güvən sarsılınca



Gözlərində yaş vardı
İçində təlaş...
Kim bilir həyatın hansı silləsi sarsıdmışdı onu
Ürkək baxırdı...
Bir də güvənsiz...
Ən yaralayanı da bu idi... Güvənsiz baxırdı ətrafına...
Anlayırdı kimsənin qarşılıqsız əl uzatmayacağını...

Hər istəyinin arxasında həqiqətdən uzaq yüzlərlə məna axtarılacağını...
İnanmayacaqlarını...
Bəlkə də heç tənəzzül edib dinləməyəcəklərini...
"Biz nə zaman bu hala gəldik?!" bu günlərdə tez-tez eşidilən,  zamanın bütün şikayətlərini təmsil edən cümləsi gəlir dilə...
İnsanlar bir-birinə inanmağı hansı dövrdə unutdular?!
Etibar hissindən nə vaxtdan vaz keçdik...
Həqiqətə inanmaqdan nə zaman imtina etdik?!
Yoxsa əminlik, doğruluq gül üzlü Güllər Sultanı ilə birlikdəmi verilmişdi qara torpağa...
Artıq bitdimi, qapandımı o dövr?!...
Bir də qiyamətə qədər heç kim heç kimə güvənməyəcəkmi?!
Düşüncəsi belə bu qədər ürküdücü olarkən hələ də güvən sarsmağa davam edənlər hansı aləmdə yaşayırlar görəsən...

Hiç yorum yok:

Yorum Gönder