Bir də yazmaq var...
Tərtəmiz səhifələrə içini tökmək...
Duyğu adlı ruhi və sirli bir aləmi cisimləşdirmək...
Xəyallarını əl çatan etmək...
Yaz çayı kimi aşıb-daşan arzularını hizaya gətirmək...
Düşüncə üfqünün sərhədlərini bəlirləmək...
Kimsəyə aça bilmədiyin sirlərini cümlə aləmində qeyb etmək...
Daxillə zahiri qovuşdurmaq...
Daxili dünyanı kənardan seyr etmək...
Zahirdə olanları içinə həbs etmək...
Kəliməyə çevrilmiş hisslərini sözlər səmasında pərvaz etdirmək...
Özünü anlatmaqdan aciz içindəki məni ən cəsur zirvələrə dırmandırmaq...
Zirvələrdən öz qurduğun mənzərənin seyrinə dalmaq...
Söz ümmanının ən dərin qatlarından inciləri çıxarıb cümlə sapına düzmək...
Bu ən dəyərli xəzinəni başqaları ilə paylaşa bilmək...
Zəncirləri qırıb dərinlərə enmək...
Yazdıqca dərinləşmək...
Çoxalan incilərin sayını itirmək...
Yazdıqca zənginləşmək...
Bir də yazmaq var beləcə...
Yazmak en güzel şeylerden biri bence...
YanıtlaSilMence de😊 Yaza bilmek ve oxuya bilmek... En böyük nemet bizler üçün💓
SilKalemine sağlık :)
YanıtlaSilTeşekkür edirem❤
SilUmman, çok anlamlı bir şiir. Eline, düşüncene sağlık canım :)
YanıtlaSilTəşəkkür edirəm Ece ablam. Siz bəyəndiysəniz bir şeylər var demək ki😊
Sileveet bir de her zaman güzel yazan umman vaaaaa :)
YanıtlaSil😊 Təşəkkür edirəm Deep.Gözəl yorumun sevindirdi məni. 💓💓
Sil"Söz ümmanının ən dərin qatlarından inciləri çıxarıb cümlə sapına düzmək...
YanıtlaSilBu ən dəyərli xəzinəni başqaları ilə paylaşa bilmək..."
Paylaşım için teşekkürler! Kaleminize sağlık...