2 Temmuz 2018 Pazartesi

Empatiya lazımdır bizə!



   Ölməyəcəkmişik kimi yaşayırıq biz həyatı...

   Daim var olacaq, dünyanı tutub gedəcəkmişik kimi...

   Hər şeyin sahibi olduğumuzu düşünüb, hər şeydən sonuna qədər ləzzət alaraq yaşamağa çalışırıq ömrümüzü...

   "Mən" adlı dar bir küncə sığınıb qapadırıq duyğularımızı ətrafa...

   Mən yaxşı olum, mən rahat yaşayım, mənim olsun, məndə qalsın...

   Kiçik şeylərə taxılıb, böyük fürsətləri qaçırırıq...

   Nəzərlərimiz də dar küncə sıxışır çünki...
Önümüzdəki divardan o tərəfi görə bilmirik...

   Başqalarını duya bilmirik...

   İnsanlıq üçün çox önəmli olan empatiya duyğusundan məhrumuq çünki...

   Vicdanımız susmuş, mərhəmətimiz koralmış, qəlbimiz pas tutmuş...

   Duya bilmirik... Dinləmirik ki, duya bilək... Bir dinləsək...

   Görə bilmirik...Nəzərlərimizi önümüzdəki divara deyil, əngin göy üzünə çevirsək...

   İçimizdəki şəfqətin zəncirlərini açsaq...

   Sevsək... Həm də qarşılıq gözləmədən sevsək...

   İnansaq... Çox çək-çevir etmədən inansaq...

   Hiss etsək... Qarşımızdakının qəlbindən nələr keçdiyini hiss edə bilsək...

   Çətindirmi?- Çətindir!..

   Çünki içimizdəki mənin hayı-küyü qoymur ki, duyaq...

   Gözümüzü örtmüş dünyəvi həvəslərimiz imkan vermir ki, görək...

   Nəfsimiz bütün sevgimizi alıb bizdən...

   Heç özümüzə də qalmayıb inamımız ...

   Nə hiss edib, nə düşünə bilirik...

   Empatiya lazımdır bizə empatiya!

   Özümüzdən sıyrılmışlıq,  başqasında həyat bulmuşluq...

8 yorum:

  1. "Küçük şeylere takılıp büyük fırsatları kaçırırız." En çok bu cümleye takıldı gözüm.

    YanıtlaSil
    Yanıtlar
    1. Bəzən doğurdan da o qədər böyük fürsətlər sürüşüb gedir ki, əlimizdən xəbərimiz belə olmur. Təşəkkürlər ziyarətiniz və yorumunuz üçün❤

      Sil
  2. yine nefis bir yazı senden anlamlııııı :)

    YanıtlaSil
    Yanıtlar
    1. Beyenmene çoox sevindim canım menim. Teşekkürler❤

      Sil
  3. Great post , I'm following you , please follow me too

    makeyourfashionchoice.blogspot.com

    YanıtlaSil
    Yanıtlar
    1. Thank you. Soon I'll come you blog and I'll follow you, too😊

      Sil