5 Ocak 2019 Cumartesi

"Bəlkə" sendromu...



   Son günlər " bəlkə..." adlı bütün xəyal dünyamı və ümidlərimi alt-üst edən bir duyğu gəlib oturub qəlbimə...

   Mən həmişə gücümə inanmışam... İstəsəm, heç kəsin edə bilməyəcəyi şeyləri edə bilmə gücünə sahib olduğumu zənn etmişəm. Hər şeyin əlimizdə olduğunu, hədəfimizə çatmağın əzmimizə bağlılığını düşünmüşəm... 

   Amma təzəlikcə peyda olmuş o "bəlkələr" düşündürür məni... Bəlkə, heç qismətdə yoxdur... Bəlkə, bütün cəhdlərin zənn etdiyindən fərqli bir nəticə vermə ehtimalı var...

   Ki həyatım boyu bunu yaşamışam əslində... Bütün əlimdən gələni, gücümü toplayıb kiçik bir addım atıb irəliləməyə başladığımı düşündüyüm an bir təkanla üç addım geriyə düşmüşəm...

   Amma bu təkanlarla da barışmışam hər zaman... Qismət deyib boyun əymişəm... Bir gün qaldığım yerdən daha güclü bir şəkildə davam edəcəyimi düşünərək... 

   Hər dəfə təkrar başlayanda yanıldığımın fərqinə varmışam... Qaldığım yerdən sürüşüb çox-çox gerilərə itildiyimi görərək... 

   Və sıfırdan başlamışam... Bir daha... Yenə... Sən edərsən... Bacararsan - Təkbaşına təlqinlərlə... Heç bir dəstək və dayaq görmədən... Daha doğrusu istədiyim dəstəyi görmədən... 

  Amma son zamanlar çox acı bir həqiqəti anlamışam... Mənim gücüm hər şeyə yetmir artıq... Mən həyata gec qalmışam... 

   Bir yerdə dayanıb uyğun şərtlərin yaranacağı günün gəlməsini gözləyərkən ətrafımda sürətlə axıb gedən zamanı və sürətlə fırlanan dünyanı nəzərdən qaçırmışam...

   Qoyduğum hədəflərlə imkanlarımın, istədiklərimlə həyat şərtlərimin arasında yarğanlar varmış, uçurumlar varmış... 

   Və anladım ki, sadəcə xəyallarımın qanadları arabir məni o hədəflərimin zirvələrinə uçururmuş... O zirvələrdən seyr etdiyim də xəyal dünyamın mənzərələri imiş... Mən həmin qanadlara aldanmışam... 

   Əlimdən gələnin ən yaxşısını edərək irəliləmək üçün çapalarkən millim-millim irəliləmək yorub artıq məni... Mən yorulmuşam... 
   Çapalamaqdan, var olmağa çalışmaqdan yorulmuşam... 
   Xəyal qurmaqdan da yorulmuşam... 

   Bütün günah o "bəlkələr"indir, əslində... "Bəlkə bu dəfə oldu, bəlkə bu dəfə alındı" deyə-deyə arxasınca sürüklədi illərlə o "bəlkələr"...

    İndi də "bəlkə boşunadır bütün səylərin"... "Bəlkə qismətinə bütün həyatın boyu belə nəticəsiz çalışıb-vuruşmaq yazılıb" deyərək ümidsizliyə salır məni... 

   Ahhh, "bəlkələr"... Niyyətiniz nədir bilmirəm. Niyə yaxamdan əl çəkmirsiniz, onu da bilmirəm.  Amma bunu bir dəfəlik bilin istəyirəm. Bir yola çıxdımmı geri döndüyüm görülməyib. Millim-millim də olsa bir gün mənzil başına çatacağıma inancım var mənim. 

   İndi siz öz işinizdə olun, mən də öz işimdə... Sizə inad yenə də davam edirəm...   "Sonra da ona (zəhmətinin, əməlinin) tam əvəzi veriləcəkdir!” (Nəcm/41) ilahi əhdinin qəlbimi təskin edən son ümidilə...

21 yorum:

  1. Yanıtlar
    1. Ümid edirem ki, anlaşıqlı olmuşdur çeviri ile. Bele çetin şertlerde olsa bele yazımı oxumağa çalışdığınız üçün çox teşükkür edirem.❤

      Sil
  2. “Tecrübelerimin bana öğrettiği bir şey var: Hayallerinin peşinden emin adımlarla yürüyen ve arzu ettiği hayatı yaşamak için gayret sarf eden insanlar, beklenmedik bir anda başarıyla karşılaşırlar.” Henry D. Thoreau

    YanıtlaSil
  3. “Yüzüstü yere serilseniz bile, hala ileriye doğru hareket ediyorsunuzdur.” Victor Kiam

    YanıtlaSil
  4. “Varlık elde etmek için yokluk gerek. Mimar ev yapmak için boş arsa arar. Marangoz ahşap işi yapmak için ham tahta arar. Saka su satmak için susuz ev arar. Yokluğa dikkat et, onda çok hikmetler vardır.” Mevlana

    YanıtlaSil
  5. “Zorlukları aşmanın tek yolu, yeni girişimlerde bulunmaktır.” Goethe

    YanıtlaSil
  6. “Her nerede olursan ol, o her zaman için başlangıç noktasıdır. Hayat bu yüzden böylesine güzel, böylesine genç, böylesine tazedir.” Osho

    YanıtlaSil
  7. “Asla pişman olmayın! Eğer sonucu iyiyse, mükemmel. Sonucu kötüyse, bu bir tecrübedir.” Victoria Holt

    YanıtlaSil
    Yanıtlar
    1. Minnetdaram. Duyğulandırdınız meni. Tam da ehtiyacım olan motive edici ifadeler. Hemişe oxuyub razılaşdığımız, amma tam da lazım olan yerde unutduğumuz gerçekler. Xatırlatdığınız üçün çox-çox teşekkür edirem Handan xanım. ❤ Sizi çok sevdiyimi söylemişmiydim? 😄

      Sil
  8. ayyyy ben senin hüzünlü olmana alışık değilim. hadii neşelen neşelen :)

    YanıtlaSil
    Yanıtlar
    1. 😄 Güldürdün meni Deep.❤ Eslinde her çetin ve sıxıntılı anlarımda özümü teskin edecek bir şeyler tapa bilirem mütleq. Ve istediyim bir çox şeyi elde ede bilmişem indiye qeder. Meni en çox üzen bir şeylere gücümün yetmediyini görmekdir. Çox istediyim, çapaladığım halda hedeflerimle aramdakı maneəlerin her gün bir az daha böyümesidir. Buna alışıq deyilem men. Bilmirem, belke de imtahanımdır bu.

      Sil
  9. Nə yazacağımı bilmirəm çünki bənzər hislər içərsindəyəm, ümidsizlik, yorğunluq, qəlb qırğınlığı, anlaşılmama hətta son zamanlar həyatın üstümə çox gəldiyini düşünürəm amma bir təsəllim var Allah görür, O bilir biz nəyə qadirik, daşıya bilməyəcəyimizdən ağır yükləməz bizi. Xəyal isə artıq xəyal qurmuram, çünki yorulmuşam gerçəkləşməyəcək xəyallardan. İnsanlar xəyallarımı öldürməyi bacardılar. Məni ən çox yaralayan isə o xəyalımın ən çox dəyər verdiyim biri tərəfindən olmasıdır. Ahhh, güya sənə motivasiya verəcəkdim, bir gün yaxşı olacaq desəm bu gün sahib olduqların üçün haqsızlıq etmiş olaram. Bir qadının, bir ananın dünyanı sevməsi, dünyaya bağlanması üçün tək şərt Allahdan sonra övladlarıdır məncə. Onlara bax qürurlan, onlara bax ümidlən, nə zaman yıxılacaqmış kimi olsan onlara sarıl, geriyə getdiyini düşündüyün an dur övladlarına bax onlar üçün irəlilə, gələcəkdə onların fəxrlə danışacağı ana olacağın ümidi ilə irəlilə, çünki sən bacararsan, sən ayaqları altına Cənnət sərilmiş qadınsan. Bacarmazsan deyənlərin acığına bacar, ən yaxının dediyi insanlar icazə verməzsə xəyalına sən Rəbbinə sığın, elə bir sığın ki bir gün gələcək və bu günləri xoş bir xatirə kimi xatırlayacaqmışsan kimi. Öpürəm çoxlu çoxlu, səni hər zaman ümidli, şən bir qadın, bir ana kimi tanımışam və örnək olaraq ala biləcəyim insan olduğunu hər zaman qeyd etmişəm. Ümidli ol amma ən əsası dualı ol. Əmanətlərin ən yaxşı qoruyucusuna əmanət edirəm səni və ailəni , və in şa Allah bir gün bura o çətinliklərin keçdiyini, arxada qaldığını yazacağın ümidi ilə hələlik sonlandırıram fikirlərimi...

    YanıtlaSil
    Yanıtlar
    1. Çoox sağ ol birdənəm. Dəstəkləyici, motive edici yorumun üçün. Hər nə qədər özümü dözümlü hesab etsəm də bəzən bütün məni tutan tellər qırılır sanki. Yorğunluq, bezginlik hər şeyə üsyan edəsim gəlir (Allahdan başqa) Amma hər dəfəsində Rəbbim fərqli həyat hekayələrinə şahid edir məni. Və o zaman çox utanıram. Naşükürlüyümün fərqinə varıram. Ölüm qalım mübarizəsi verən, dərmansız dərdlərlə boğuşanlara baxınca öz dərdlərimin bəsitliyini görürəm. İnsanoğlu belədir təəssüf ki...

      Sil
  10. Sitenizi beğendim ve takibe aldım, çeviri ile de okusam çok güzeldi...Benim siteye de beklerim...Selam ve Dua ile...

    www.insanadavet.blogspot.com

    YanıtlaSil
  11. Ezmli,temkinli,sebirli ve güclü olduğun üçün men sene çox inanıram.Herşey yaxsi olacag.sen yola davam et ve ümidini birce an bele itirme.özümüze olan güvenimizi sarsıdanlara inad,bizi deyersiz görmek isteyenlere inad,gücumuzü azaldıb,destek vermeyenlere inad sonuna geder davam.Allah böyükdür...bir gün herşey çox gözel olacag...üreyin kimi💜😘

    YanıtlaSil
    Yanıtlar
    1. Ay çox sağ ol can bacım. Qadına dəstək qadındır. Vəssalam.😊 Özümə inanmasam bu yola çıxmaram. Və maneə dediyim, özümə dərd etdiyim şeylər çox kiçik şeylərdir əslində. Təbiidir. Olmalıdır. Mən öz aləmimdə fəlakətə döndərirəm bəzən. Amma inan daha çox hissəsində ümidli, əzmli və mübarizəçiyəm.❤

      Sil
  12. Sitenizi yeni fark ettim ve hemen takibe aldım, benim siteye de beklerim, geniş kitleler oluşturmak daima güzeldir...Selam ve Dua ile...

    YanıtlaSil
  13. Güzel çalışmalarınız var başarılar dilerim.

    YanıtlaSil
  14. bu hissi biliyorum, çok zorluyor insanı :( umarım çabuk geçer...

    YanıtlaSil
    Yanıtlar
    1. Çox gec gördüyüm bir yorum daha.🤦‍♀️ Minnetdaram❤❤❤

      Sil