19 Ağustos 2019 Pazartesi

Xalid Hüseyni / Min möhtəşəm günəş



   Salam canlar. Necə gədir tətiliniz? Yaxşıca dincələ bilirsinizmi? 

   Aylar öncə oxuyub haqqında düşüncələrimi paylaşdığım yazını indi təqdim edirəm sizlərə. Xoş oxumalar😊❤

   Uzun müddətdir, kitab oxumaq üçün zaman ayıra bilmirdim. Və inanın elə bil boşluğa düşmüşdüm, həyatımda nəsə çatmırdı. Baxdım belə olmur, kitab rəfimdə oxumaq üçün ayırdığım yeni kitablardan birini başladım oxumağa.

   Adını çox eşitdiyim məşhur yazıçı Xalid Hüseynin "Min möhtəşəm günəş" əsərini seçmişdim. Kitab bir az qalın idi. Uzun müddətə qurtaracam deyə zənn etmişdim. 

   Lakin oxumağa başlayınca əlimdən yerə qoymaq istəmədiyim, hər dəfə növbəti səhifəsini, hadisələrin ardıcıllığını dəli kimi maraq etdiyim kitabın tez bir zamanda bitəcəyinə qənaət gətirdim. 

   Beləliklə, "Min möhtəşəm günəş"də 1980-2000-ci illər ərzində Əfqanıstanda baş vermiş siyasi dəyişikliklər, bu dəyişikliklərin xalqın, xüsusən də əfqan qadınlarının həyatında buraxdığı izləri görmək olur. 

   Məryəm adlı-sanlı bir zənginin "harami" qızı, Leyla isə sadə əfqan vətəndaşı ziyalı bir müəllimin sevimli qızıdır. Hər ikisi həyatlarının 15-ci baharında həyatın gerçək üzü ilə tanış olmalı olurlar. Bu iki fərqli insanı həyat elə möhkəm tellərlə bir-birinə bağlayır ki, hər ikisi ömürboyu bir-birlərinə duyduqları şəfqət və istiliyə ac olduqlarını anlayırlar. Həyat onları öz məngənəsində elə sıxır ki, özləri də hiss etmədən bir müddət sonra bu iki rəqib iki dost, iki bacı, sirdaş, dərddaş, hətta ana-bala olurlar.
   Kitabı oxuyarkən əfqan qadınlarının bir zamanlar cəhənnəmə dönmüş həyatlarını gördükcə dəhşətə gəldim. İçərisində olmadıqca kənardan hər şey nə qədər sadə və asan görünür.  Müharibədir, qadın, uşaq, gənc, 8yaşlı öldürülür vay vayy... Bu qədər. Heyifsilənirik, bəlkə iki damla yaş süzülür gözümüzdən, əl açıb bir-iki dua edirik. Bu qədər. Sonra ailə-məişət qayğılarına qarışır başımız ordaca unuduruq hər şeyi. Sadəcə bundan ibarət deyilmiş müharibə. Ölmək bəzən ən yaxşı qurtuluş imiş. Ölmədən bütün o sıxıntılara qatlanmaq var... Yoxluq... aclıq... çarəsizlik... evində dustaq qalmaq... övladlarını bu dustaqxanada təskin edib, gözləməyə çalışmaq... xəstə olub həkim tapmamaq... çəkilən sıxıntılar... alınan travmalar... bitib tükənən səbirlər... təxmin belə etmədiyimiz daha nələr, nələr... Heç bir insanoğlunun bunu bir başqa insanoğluna yaşatma haqqının olmadığını bilmək də işə yaramır...
   Oxuyun deyərdim... O bütün haqq və hüquqlarından məhrum buraxılmış qadınların həyatını oxuyun... Sonra dönüb nə qədər bəsit şeyləri özümüzə dərd etdiyimizi görün...

15 yorum:

  1. Bizim coğrafyamızda malesef olan, acıklı ve çok duygusal bir hikayeydi..

    YanıtlaSil
  2. Kitapsız bir hayat ben de düşünemiyorum. :)
    Kitabın konusu çok acıklı.. Gerçekten de bazen dertlendiğimiz şeyler bazı insanların yaşadığı zorluklar karşısında bir hiç gibi kalıyor.

    YanıtlaSil
    Yanıtlar
    1. Kitab insana çox şey öyredir heqiqeten de. Ve elindekilerin deyerini bilmek de bu öyretdiklerinden sadece biri. Bir de öz qabığından çıxıb ferqli dünyaları keşf ede bilme şansı verir ki, insana... O da bambaşqa bir qazanc mence. Yorum üçün teşekkürler❤

      Sil
  3. Ne hüzünlü bir öyküydü, kadınlara yapılan eziyet içimi acıtmıştı.

    YanıtlaSil
    Yanıtlar
    1. Bu cür hekayeleri oxuyunca içimde ele bir coşğu yaranır ki... Qadınlar üçün, xüsusen, bir çox şeyden mehrum buraxılmış qadınlar üçün bir şeyler ede bilmek, onların heyatına toxunmaq, kiçicik bele olsa sevinclerine sebeb olmaq üçün bir şeyler etmek heyatdakı en böyük isteyim. Her zaman deyirem bir gün mütleq qadınlar üçün bir şeyler edecem inşallah. Rebbim nesib etsin.🙏❤

      Sil
    2. Ne güzel bir düşünce. İnşallah olur.

      Sil
    3. İnşallah. İnanıram bir gün olacağına.🤗❤

      Sil
  4. Emeğine sağlık güzel bir yorum ve fotoğraf olmus

    YanıtlaSil
  5. Kitap olmayınca insan boşluğa düşer ya...Her zaman çantamda bir kitap mutlaka olur.Kocaman sevgilerimle...

    YanıtlaSil
    Yanıtlar
    1. Eynən. Mən də oxuma imkanım olsa da olmasa da hər zaman çantamda kitab daşıyıram, hər ehtimala qarşı😊 Ziyarətiniz üçün təşəkkürlər❤

      Sil
  6. Aynı yazarın Uçurtma Avcısı kitabını okudum ben, çok güzeldi. Bu kitap da güzel gibi görünüyor, listeme ekleyeyim en iyisi :)

    YanıtlaSil
  7. O kitabı da çox eşitdiyim halda mən oxumamışam😊
    Sizin mənim anlatdığım, mənim isə sizin söylədiyiniz kitabı tezliklə oxumaq nəsib olsun inşallah.🙏❤

    YanıtlaSil
  8. Xalid Hüseyn mənim sevimli yazicilarimdandir, bütün əsərlərini oxumuşam. Dediyiniz kimi məndə oxuyanda çox pis olmuşdum. O cür talelerden uzaq bir dunydayiq deyə onları bu cur kitablar sayəsində daha yaxşı anlayırıq...

    YanıtlaSil