Yenə gəldi mis qoxulu ot-ələfi, ənbərbar gül-çiçəyilə...
Doğma yurda qovuşmağın sevinci və bir an öncə yuva qurmağın təlaşı ilə ordan-ora uçan haçaquyruq qaranquşları ilə...
Utancaq qızlar kimi xəfifcə gülümsəyən ilıq günəşi, rəhmət yüklü buludları, aşıb-daşan çayları ilə...
Yenə gəldi qırmızı kəmərli, zümrüdü libaslı nazlı səmənilərlə...
Yenə gəldi bal damlayan paxlavası, ləzzət qoxan, bər-bəzəkli şəkərburası, qat-qat əlbisəli, kirşanlı badamburası, çil-çil, günəş sarısı qoğalı ilə ...
Yenə gəldi Novruzum, uşaqların qəlbini oğurlayan boyanmış, süslənmiş, rəngbərəng yumurta sovqatı ilə...
Qozu, fındığı, badamı,şabalıdı, iydəsi,innabı, xurması, xırt-xırt qovurğası ilə, sanki bütün çərəz aləminin şahzadəsi kimi gəlmiş yenə...
Sayrışan işıqlı şamlarla çevrələnmiş, bütün naz-nemətlərdən hörülmüş çələng timsalı, hər evdə süfrələrin mərkəzində sanki gəlişinin şərəfinə abidə kimi qoyulmuş xonçalarla təşrif buyurmuş...
Yumurta döyüşü, alovları ərşə dayanan tonqalları, papaq atması, qapı pusması, fal açması ilə, evdən-evə göndərilən bayram sovqatları ilə eynimizi açmağa gəlmiş...
Bayram ziyarətləri ilə böyüyə kiçiyə sevgi və hörməti aşılayaraq buz tutmuş qəlbləri əritməyə gəlmiş...
Min bir ruzisi, bərəkəti ilə qonaq gəlmiş doğma elimin hər bir qapısına...
Xoş gəlmiş, ulu nənə-babalarımızın xatirəsi hopmuş, qədim mətbəximizin izləri qalmış, adət-ənənələrimizin ən gözəl mücəssəməsi, canım Novruzum !!!
Xoş gəlmiş zülmətdən sonra aydınlığa bənzər, qara qışdan sonra gələn bəyaz baharın təmsilçisi!!!
Vəə xoş gəlmiş, səfalar gətirmiş, 11 ay yolunu gözləyib, gəlmədən gedəcəyinə üzüldüyüm yeganə bayramım!!!
Həmişə gəl, güldür üzümüzü, sevindir bizi!!!
Bayramın mübarək olsun əziz xalqım!
Bayramın mübarək olsun Azərbaycanım!
Getmədən mərhum sənətkarımız Məmməd Bağırın Novruz ab-havasını ən gözəl şəkildə özündə əks etdirən, uşaqlığımdan bu yana ən sevdiyim bayram nəğməsi olan "Şəkərbura, paxlava" mahnısını da qoyuram bura. Dinləmədən keçməyin lütfən.
Digər Novruz yazılarımı
oxumaq üçün tık-tık :)
Ne güzel, içim açıldı fotoğraflara bakarken. Kutlu olsun bayramınız :) Bahar geldi artık, bundan sonra soğuk bile üşütmez o kadar:)
YanıtlaSilÇoox təşəkkür edirəm. Bahar gələn hər bir elin bayramıdır məncə Novruz. Üşüməyək artıq,gülümsəsin günəş bizə😊❤
SilBayramınız kutlu olsun. Sonundaki video da güzelmiş. Emeğinize sağlık...
YanıtlaSilMinnətdaram. Hamımızın bayramı mübarək olsun! Videonu bəyəndiyinizə sevindim.
SilGelbindeki bu bahar teraveti heç bitmesin bacı.ne gözelde özetlemisen novruzu.oxudugca heveslenir insan.heç istemirsen novruz getsin, ayrılsın gapımızdan.bir daha bayramın mubarek.Nece bele dahada gözel bayramlar keçirmen dileyi ile opurem...bayramın mubarek olsun💜
YanıtlaSilBu il sizinlə bayram çox daha gözəl oldu can bacım. Ömrümüzdə nə üşüdən qış günəşi,nə yandıran yay günəşi,sevinc və hüzur bəxş edən bahar günəşi olsun həmişə.💖
SilÇok güzel bir yazı olmuş. Bahar bayramın mübarek olsun. Sevgiler �� ��
YanıtlaSilHamımızın bayramımız mübarək olsun, inşallah! Neçə gözəl baharlara❤
Silbütün çox gözəl :)))
YanıtlaSil😊 Bəyənməyinizə çox sevindim.😘
SilBayramınız kutlu olsun :)
YanıtlaSilSizinlə bahəm inşallah🌸💓
SilBayramınız mübarek olsun! Bu keyfiniz, mutluluğunuz hiç bitmesin inşallah :)
YanıtlaSilSiz mi yaptınız bunların hepsini? Bayıldım! Hem yazıdan hem sofradan enerji aktı içime! Tam anlamını yansıtmış her şey! O şapkalı güzeller nedir en çok onlara bayıldım :D
😊😊😊 Ayyy çox təşəkkür edirəm. Novruz yeni bir başlanğıc, bir enerjidir. Ona aid hər şeyə də keçir bu enerjisi😊😙😙
Silbu fotolaaaar mutluluk vallaaaa :)
YanıtlaSil😊 Təşəkkürlər. Səni mutlu etdiysə rəsmlər çox sevindim.❤
Sil