Dörd möcüzəm, dörd cəngavərim və dörd yaşam səbəbim, hər birinizə ayrılıqda xitabımdır :
"Həyatımı anlamlı qılan, dünyama ilk baharı gətirən, canım oğlum! Hər gün varlığına şükür edirəm. Bir bilsən səni gözləyişim nə acılı olmuşdu. Yolunu necə gözləmişdim. O ilk səni gördüyüm anın ülviliyini, möhtəşəmliyini əvəz edəcək bir an gəlmir ağlıma... Qəlbimdə körpəcik varlığına qarşı aşıb-doşan sərhədsiz sevgim, şəfqətim heç bitmədi, bitməyəcək...
Hər gəlişin göyqurşağıma bir rəng daha qattı, hər gəlişin həyatla aramdakı bağı bir qat daha artırdı.
İlk baxışın, ilk gülüşün, ilk sözün, ilk dişin, ilk oturuşun, ilk iməkləyişin, ilk yerişin... hər biri təntənəli bayram oldu...
Körpəcə əlini əllərimin arasında tutduğumda ürəyimin düz özəyinə ilıq duyğular axdı ovuclarının içindən... Heyrətlə hiss etdim hər dəfəsində...
Düzənli və yeknəsək evimdə birdən rəngarəng oyuncaqlar çıxdı ortaya, arada ayağımın altında qalaraq məni dəli edən :) Dizlərimin üstündə oturub bərabər oynadığımız oyuncaqlarınla hekayələr qurduq, rəsimlər boyadıq. Plastilinlə nələr düzəltmədik?!... Səninlə yenidən uşaqlaşdım, səninlə uşaq saflığının ləzzətini daddım...
Varlığına nə çox şükür etdim... Hər gün o ən məsum, ən şirin halınla uyuduğunda səni seyr etməkdən doya bilmədiyim anlarda, təkrar-təkrar şükür ettim...
İlk məktəb çantanı eyni həyəcanla hazırladıq, ilk dərs günündə hər ikimizin göz yaşları yanaqlarımızdan süzüldü... Sən bu yeni başlayan həyatın həyəcan və qorxusu ilə, mən balamın böyüyüb yavaş-yavaş qanadlarımın altından uçmasının sevinc və üzüntüsü ilə...
Bir tərəfim bir an öncə böyüməyini istədi, məktəbə, universitetə getməyini... Xəyalım oldu bir gün boynunu barmaqlarımın ucuna qalxaraq qucaqlamaq...
Bir tərəfim heç böyüməsin dedi... Həmişə qucağımda, qollarımın arasında olsun... Körpəcə əlləri ovuclarımda...
Sən mənim həyatımın ən özəl parçası, ən məhrəm dünyası... Başqaları ilə paylaşmaq istəməyəcəyim qədər özəl...
Sizi nə qədər sevdiyimi bir gün valideyn olduğunuzda daha yaxşı anlayacaqsınız. Və sevgimin dörd parçaya bölündüyündə azalmadığını, hər dəfəsində bir qat daha artdığını da...
Rəbbim gözəl günlərinizi göstərsin hər zaman, qarşınıza yaxşı insanlar çıxarsın... Həyat üzünüzə gülsün, sıxıntılar sizdən uzaq olsun... Daim sevin, sevilin...
Və sonda həyatımda olduğunuz üçün, məhz sizin ananız olduğum üçün çox şanslıyam çoox..."
Allah çocuklarımıza sağlıklı, başarılı, huzurlu uzun ömürler versin, daha bir çok güzelliklerii görelim, nice hallerine hayran olalım :)
YanıtlaSilAmin Aminnn.🤲 Çoxx teşekkür edirem.❤❤
SilAllah çocuklarınıza başarılı sağlıklı hayırlı ömürler versin inşallah 😊
YanıtlaSilAminnn. Çox teşekkür edirem.❤
SilN:��Allah bütün övladları qorusun,xoşbəxt etsin!Heç bir valideyini övladı ilə sınağa çəkməsin,əziyyətlərini hədər etməsin!Hər zaman onların xoş günlərini görməyi biz valideyinlərə nəsib etsin inşallah!Həqiqətən valideyin olandan sonra yeni-mənalı ,sevgi və xoşbəxtlik dolu bir həyat başlayır... Bütün arzusunda olanlara qismət olsun!��
YanıtlaSilBütün qelbimle amin deyirem bacı bu gözel dualarına. 🤲❤
SilMaşallah diyeyim. Annelik çok yüce bir şey. Umarım bizlere de nasip olur bu güzel duygular.
YanıtlaSilRebbim isteyen her bir qadına ana olmağı nesib etsin inşeAllah. Çünki bu evezsiz duyğunu dadmağa her kesin haqqı var.❤
Silmerhaba keyifli bloğunuzun takipçisiyim ben de beklerim sayafama arzu ederseniz sevgilerimle...
YanıtlaSilXoş geldiniz.🤗 Tebii ki, mütleq ziyaret edecem bloqunuzu. Teşekkürler.❤
SilAllah bağışlasın, inşallah daha nice güzel, sağlıklı ve mutlu günlere tanıklık edersiniz hep birlikte. :)
YanıtlaSilİnşeAllah. Çox teşekkür edirem canım menim.❤
Siloh maşallah maşallah erkek aile hihihi :)
YanıtlaSilEynennn😆 Minnetdaram Deep.❤🤗
Silmerhaba:)
YanıtlaSilHuzursuzluk kitabını bende sevmiştim :)
ne güzel gözüküyorsunuz maşallah :)
"Huzursuzluk"da qeribe bir oxutma gücü var heqiqeten. Teşekkür edirem gözel gördüyünüz üçün.❤
Sil