3 Ekim 2020 Cumartesi

🇦🇿Qazanacaq Azərbaycan əsgəri!



  

   Tarixi günlər yaşayırıq, əziz oxucum. İllərdir xəyalını qurduğumuz qələbəyə addım-addım yaxınlaşırıq. Millət olaraq o qədər duyğu, həyəcan, fərəh, qürur və hüzün içərisindəyik ki... Hüznümüz hər gün gələn şəhid xəbərlərinə görədir. Kaş şəhid vermədən azad edə bilsək torpaqlarımızı demək istəyirəm, amma şairimizin "Torpaq əgər uğrunda ölən varsa vətəndir" kəlamlarını xatırlayıb göynəyən sinəmə daş basıram. Olsun deyirəm, təki vətən sağ olsun! Lazım gəlsə, hər birimiz bu vətən üçün qanımızın son damlasına qədər döyüşməyə hazırıq. Təki Qarabağım düşmən tapdağından qurtulsun, təki Qarabağım həsrətini çəkdiyi ona həsrət sakinlərinə qovuşsun. 

Təki sən var ol can Azərbaycan! 

Sənə canımız fəda! 

Qəlbimdəki coşğunun, həyəcanın çox az qismini əks etdirə bildiyim şeirimi paylaşıram sizlərlə. Qələbə müjdəsi ilə görüşmək ümidilə...





🇦🇿Qazanacaq Azərbaycan əsgəri!🇦🇿


O gün gəldi, artıq zaman yetişdi,

Birliyimiz, qüdrətimiz göründü.

Bütün qəlblər ön cəbhədə birləşdi,

Qarabağım həyəcana büründü.


İllər sonra doğma addım səsləri,

Torpağında eşidildi, duyuldu.

İrəliləyən əsgərimin izləri 

Yarasına əlac oldu, həb oldu.


İntizarda qalmış yorğun gözləri

Yaşardımı öz oğlunu görüncə?!

Türk dilinin şirin, doğma sözləri

Həsrətinə son qoydu eşidincə?


Şəhidlərim qanlarıyla yudular,

Düşmən izin hər daşından yurdumun.

Torpaq üçün bu yola baş qoydular

Qələbəyə əhdi vardır ordumun.

 

Dövran elə döndü, elə dəyişdi

Bir günün içində millət bir oldu. 

Döyüşə getməyə hamı and içdi,

"Könüllü" yazıldı hər vətən oğlu.


Döyüşə təşnədir sanki oğullar,

Millətimiz onlara bel  bağlayır.

Əllərində bayraqlarla uşaqlar

Dillərində "Qarabağ"  haraylayır.


Bayraqlarla bəzənibdir eyvanlar,

Qələbəyə hazırlaşır bu millət.

Şəhid verən gözü yaşlı analar

Zəfərlərlə sevinəcəkdir əlbət.


Biz bu günü çox gözlədik, çox dözdük,

Qalmayıbdır taqətimiz, səbrimiz.

Yalanları, hiylələri də çözdük

Olacağa hazırıq hər birimiz.


Biz qələbə istəyirik, vəssəlam

Bütün torpaq qayıdacaqdır geri.

İstəmirik artıq-əksik bir kəlam

Qazanacaq Azərbaycan əsgəri!

Qazanacaq Azərbaycan əsgəri!


Umman Aslan




10 yorum:

  1. Bayıldımmm , bayıldımm. İnşaAllah her bir esgerimiz Qelebe şeebetini içecekler, ve üzüağ geri dönecekler. Bütün Qarabağ bizim olacaq.

    YanıtlaSil
    Yanıtlar
    1. İnşeAllah. Hamımız tek ürek olub bunu üçün dua edirik. 🤲❤🇦🇿

      Sil
  2. Ah bu savaşlar... Allah korusun hepsini.

    YanıtlaSil
    Yanıtlar
    1. Savaşı kim isteyer? Övladının canı yansın, kim isteyer? Savaşı biz deyil menfur düşmen başlatmışdı. O vaxt da, indi de. Madam ki, savaş isteyir onsuz da torpaqlarının sülh yolu ile qayıdacağını gözlemekden yorulmuş xalq savaşla cavablarını da vermeye qadirdir min şükür. Rebbim haqqın terefindedir. Odur ki, Rebbim bizim esgerlerimizi qoruyub, müzeffer qılacaqdır inşeAllah. Bu günde yanımızda olan dostlarımızı ise heç vaxt unutmayacaqdır.🇦🇿❤🇹🇷

      Sil
  3. Sevgili Umman, Rabbim yardımcımız olsun. Dualarımız sizlerle...

    YanıtlaSil
    Yanıtlar
    1. Çox teşekkür edirem. Maddi-menevi yanımızda olub qardaşlığımızı sübut etdiniz yene. Azerbaycan xalqı bunu heç vaxt unutmayacaq.🇦🇿❤🇹🇷

      Sil
  4. N: Çox qürurverici və həyacan dolu günlər yaşayırıq.Böyükdən kiçiyə hər kəs silaha sarılıb mənfur erməni işğalçılarının layiqli cavabını vermək istəyir və verir də.Allah bütün xalqımızı,millətimizi qorusun.Cəbhədə olan zabitlərimiz,əsgərlərimiz sağ-salamat qələbə xəbərləri ilə ailələrinin,valideynlərinin,övladlarının,doğmalarının yanına geri dönsünlər.Təbriklər gözəl bacım!Sən də düşmənə bu gözəl,mənalı,dolğun şeirin ilə əla cavab və dərs vermisən.İnşaallah növbəti zəfər,qələbə şeirin dillərdə nəğməyə çevrilsin.Amin

    YanıtlaSil
    Yanıtlar
    1. Çox çoxx... Millet bu tarixi günlerden ele bir açıq alınla ve şerefle çıxır ki, dünyadan bunun misli görünmeyib deye düşünürem. Minnetdaram bacı. Qeti duyğularımı tam olaraq vere bilmedim şerimle amma her kesin bacardığı...❤🇦🇿

      Sil
  5. Gazanız mübarek olsun Ummancığım, Karabağ zaten Azerbeycan'a aitti inşallah kendinize ait olanı yine geri alacaksınız. Dileğim sivillere bir şey olmasın.

    YanıtlaSil
    Yanıtlar
    1. Teşekkür edirem. Beli bizim olan gec-tez elbette bize dönecekdi. İllerdir Azerbaycan tekrar savaş olmasın deye, sülh yolu ile hell olunsun deye gözledi. Amma düşmen bundan istifade edib hetta son illerde bir az daha irellemeye çalışdı. Qarşımızda çox heyasız bir düşmen var. Odur ki, onlara ele anladıqları dille cavab vermek lazımdır. Min şükür güclü ordum darmadağın edir ve sonuna qeder edecek de. Qelebe bizimdir!!!

      Sil