24 Ocak 2017 Salı

1. Mimləndim. İlk mimim.

             
       
Dünən hamımızın çox sevdiyi, gözəl qəlbli Deep Tone tərəfindən mimləndim. Digər bloqlarda hər zaman qarşıma çıxan mim ənənəsinə mən bloq həyatımda ilk dəfədir qatılıram. Bu həyəcanı mənə yaşadan Deep Tone-a sonsuz təşəkkürlər. Tanımıyan yoxdur əminəm amma, əgər onu hələ də tanımırsınızsa çox şey itirmişsiniz deməkdir.  Adı kimi Sadə və Dərin bloquna mütləq bir göz atmağınızı tövsiyə edirəm.

"Çocukluğumuza dair" adlı bu mim sayəsində üç sualla  xatirələrimizi qurdalayır, uşaqlıq dövrünə qayıdaraq həmin dövrün bəlkə də çoxdan unutduğumuz məqamlarını yada salmağa çalışırıq.
               
1.  Uşaqlığınızda ən çox sevərək oynadığınız oyun nə idi?
   
     Mənim uşaqlığımın ilk illəri müharibənin içərisində keçmişdi. O vaxtlar oynadığımız oyunlar da ancaq döyüş, ölüm, yas süjetli olurdu. Sonradan Bakıya köçdük, atəşkəs elan olundu. Və  çox şükür bundan sonrakı uşaqlığım uşaqların arasında bol-bol oyun oynamaqla keçdi. Bakıda yaşadığımız iki 9 mərtəbəli 5 bloklu binadan ibarət məhəlləmizdə səhərdən axşama kimi uşaqlarla müxtəlif oyunlar oynayırdıq- ortadaqaldı, yeddişüşə, rezinka, klas-klas, gizlənqaç və s. Amma mənim ən çox sevdiyim qızlarla öz aramızda kəşf etdiyimiz göz bağlama oyunu idi. Oyunu iki nəfər oynayırdı. Birimiz digərinin gözünü bir yaylıqla bağlayırdıq. Sonra əlindən tutub ziq-zaq çizə-çizə, dövrə vura-vura məhəllənin ən ağlagəlməz yerinə aparırdıq. Və harda olduğunu təxmin etməsini istəyirdik. Həmişə gözlərimi açanda düşündüyümdən tamam fərqli bir yerdə olduğumu görmək çox əyləncəli gəlirdi mənə. 
              
    Bir də yenə qızlarla evdən analarımızın, nənələrimizin müxtəlif pal-paltarını daşıyıb moda dəfiləsi təşkil edirdik, bəzən də konsert :) Həvəslə dəvətnamələr hazırlayıb hər kəsə dağıdırdıq. Bizim binanın bloqu geniş idi. Mərtəbələrin birini bəzəyirdik. Dəfilə üçün 1-2 qurban seçirdik :) Bəzəyib düzəyib göndərirdik səhnəyə. Konsert üçün isə yaxşı səsi olan biri çıxıb feyziyab edirdi bizi öz repertuarı ilə :) Düşündükcə əslində necə maraqlı, necə əyləncəli imiş uşaqlığımız deyə düşündüm. Bu günün uşaqları belə oyunlar oynayırlarmı görəsən?
                
2. Uşaqlığınızda ən çox xəyal etdiyiniz şey nə idi?

    Gəzmək. Biz təbiətin öz səxavətindən heç bir şey əsirgəmədən bütün gözəlliklərini sərgilədiyi Qarabağda dünyaya gəlmişdik.  Yamyaşıl meşələr, güllü-çiçəkli yamaclar, şırıl-şırıl axan çaylar, rahat və məsud bir şəkildə qaçıb oynadığımız geniş bağ-bağçalar... Ordan köçüb qutu-qutu beton yığınlarından ibarət şəhərə gəldikdən sonra ən çox axtarıb aradığım yenə təbiətin qoynu oldu. Amma artıq nə gedib yayda qala biləcəyimiz bir rayonumuz, kəndimiz var idi, nə də istirahət yerlərində gedib dincələcək imkanımız. Hər yay tətilindən sonra məktəbdə uşaqların anlatdıqları tətil macəralarını  həsədlə dinləyirdim. Və dağa, bağa, meşəyə gedib gəzmək ən böyük xəyalım idi. Uşaqlığımda olmasa da sonrakı həyatımda Rəbbimin bunu mənə artıqlaması ilə qismət edəcəyini bilsəydim kaş ki o vaxtlar.
           
   Bir gülməli xəyalım da var idi. Sehirli bir qayçım olsun istəyirdim. Düşüncələrimdə, xəyalımda tasarladığım libasları kəsib reala çevirəcək bir qayçı :) Bu hardan ağlıma gəlmişdi bilmirəm, amma xəyalı belə o qədər zövq verirdi ki mənə hər gecə yatmadan öncə 5-6 belə paltar xəyal edib kəsib, dolabıma qoyurdum :)
            
3. Klassik böyüyəndə kim olacaqsan  sualına nə cavab verirdiniz?

    Hər kəsə həkim olacam deyirdim. Amma əslində mənim xəyal etdiyim ciddi bir geyimdə hər hansı bir müəssisənin başında, başı işdən-gücdən açılmayan, durmadan dosya incələyib imza atan bir iş qadını olmaq idi. Bu da reallaşdı. İndi evdə işdən-gücdən başı açılmayan, hər gün uşaqların dəftər kitabını yoxlayıb gündəliklərinə imza atan (bircə qalır ciddi geyim:))evdar bir iş qadını olmuşam:))) Amma heç şikayətim yoxdur vallah. Ən azından ailəmə xidmət edirəm:)
              
    Deep Tone-a təkrar-təkrar təşəkkür edərək bu yazını oxuyan bütün bloqqer dostlarımı mən də mimləyirəm.
Sevgilər...



22 yorum:

  1. Karabagdan ayrilmis olmana uzuldum. Fakat cocuklugunun kalan kismi cok eglenceli gecmis belli ki.

    YanıtlaSil
    Yanıtlar
    1. Oraların özləmi qəlbimizdə silinməz izlər buraxdı amma, həyat davam edir. Şükür yaralarımızı sara bildik bir müddət sonra. Sevgilər.

      Sil
  2. Çok hoşuma gitti :) Ne kadar güzel anlatmışsınız :)

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkür edirəm o sizin gözəl görməniz.

      Sil
  3. çok tatlı yineeee baksanaaa ne diceeem bigün o oyunları annatsana bizeee yaaa hani işte klas klas gibi hepsiniiii :)

    YanıtlaSil
    Yanıtlar
    1. Çox sağ olun. Baş üstə. Bir ara uşaqlıq oyunlarımız adlı bir yazı hazırlayaram o zaman. Sevgilər.

      Sil
  4. Cox gözel bir yazı👍Seni maraqla teqibdeyem😘😘😘

    YanıtlaSil
    Yanıtlar
    1. :) Çox sağ canım bacım. Siz də olmasanız...

      Sil
  5. Keşke hiç bulaşmayasaydınız şu mim işlerine. Ve nedense hiç şaşırmadım kimden geldiğine (hani tanımamda her yerde görürüm adını)"rezinka ve klas"bu ikisi yabancı geldi ötekiler ortak oyunlar. Merak ediyorum sizin kültürü zaten ondan takip ediyorum. Bu gibi şeyleri açıklayarak yazsan ne güzel olur.Sevgiler...

    YanıtlaSil
    Yanıtlar
    1. Vallah mən heç peşman deyiləm. Çox əyləndim çünki.Deep Tone-u tanısanız əminəm siz də çox sevərsiniz.Bir ara oyunlar haqqında yazı hazırlayacam inşallah. Təşəkkürlər.

      Sil
  6. Coxsagol ki, bu mövzuya toxunmusan Yene meni uşaqlıq illerime apardın.Uşaqlıqda en cox gelincikle oynamagı severdim.En böyük arzum ise gözel,seliqeli geyimde olan iş qadını olmaq olub.(teessüf ki indi gözel ev qadınıyam)

    YanıtlaSil
    Yanıtlar
    1. Sən sağ ol canım mənim. Beş igidi yola verən ən başarılı iş qadınlarıyıq biz. Heeeç narahat olma:)

      Sil
  7. Çok tatlı yazmışsınız ^^ Karabağ ile yazdıklarına üzüldüm , inşallah orası da eski haline gelir , çocukluğunuzun geçti yerleri tekrar görürsünüz :D

    YanıtlaSil
    Yanıtlar
    1. Çox sağ olun. Qarabağ qəlbimizdə sağalmaz yaradır. Uşaqlığımın keçdiyi yerləri övladlarıma bir nağıl kimi anlatmaq deyil, gəzdirərək göstərmək isə ən böyük arzumdur.Sevgilər.

      Sil
  8. Yazını severek okudum sizi takibe aldım hepimizin çocukluğundan bir parça çizgi oyunu hayatta olmak sahip olduklarımız ile mutlu olmak en güzeli .

    YanıtlaSil
  9. 1= En sevdiğim oyun parkur elemeydi

    2= Xeyallarım mende gizli galsın

    3=Ve men böyüyende bilişim uzmanı olmağ isterdim.

    YanıtlaSil
  10. Mən də sizin bloqu sevərək ziyarət etdim, yazılarınızı maraqla oxudum. Lakin takibə almaq üçün ziyarətçi butonunu görə bilmədim.Sevgilər.

    YanıtlaSil
  11. indiye qeder paylasdiqlarinizin icinde belke de en coox sevdiyim bu oldu.hec bize anlatmamisdiniz usaqliginizi. blogun sayesinde sizin haqqinizda bir melumatim daha oldu:)).

    YanıtlaSil
  12. Eləmi? Bəyənmənizə sevindim. Bu mim ənənəsini ona görə sevirəm. Heç vaxt haqqında danışacağımızı düşünmədiyimiz xüsusiyyətlərimizi çıxarır ortaya.

    YanıtlaSil
  13. Çok şeker ve sevimli bir mim olmuş gerçekten :) Çok güzel anlatmışsınız emeğinize sağlık Sevgiler

    YanıtlaSil
  14. Umman tekrar geldim bloğuna, peyderpey okumaya çalışacağım. Çocukluğunun ilk yıllarına üzüldüm Umman. Sistemler oturana kadar kimler neler çekiyor, hepsinibir onlar, bir Allah biliyor. Ama canlarınız sağ olsun ve o üzücü şeyler yaşanmasın dilerim.
    İyi ki, aramızdasın canım. Sevgilerimle kızım :)

    YanıtlaSil