8 Ocak 2018 Pazartesi

6.Mim : Seni tanıyabilirmiyim?



Salam olsun bu yazını oxuyan hər bir kəsə. Kiremithanem adlı bloqun sahibəsi gözəl bir mim başladıb. Bu mimlə hər bir bloqqeri daha yaxından tanıma fürsəti yaranır. Sağ olsun Her çocuk yeni bir dünya bloqunun yazarı Betül xanım instagramdan məni də mimlədiyini gördüm. Açığı bir az utandım. Uzun müddətdir buralarda olmasam da məni unutmaması duyğulandırdı eyni zamanda.

   Mimin əsas məqsədi oxuyuculara özümüzü daha yaxından tanıtmağımızdır. Elə isə heç vaxt itirmədən başlayaq. Orginallığı itməsin deyə sualları olduğu kimi, türkcə saxladım.

1)Kaç yaşındasın, mesleğin nedir?

33 yaşım var. Filoloqam - Yəni Azərbaycan dili və ədəbiyyatı müəlliməsi. Amma təəssüf ki, bu ali sənətdə çox qısa müddət (universitetdə müəllim olaraq) işləmişəm.

2)Nerede yaşıyorsun en sevdiğin yerin fotoğrafını paylaşır mısın?

Azərbaycanda, Sumqayıt şəhərinin kiçik bir qəsəbəsində yaşayıram. Qəsəbəmiz sadə və kiçik bir yerdir. Doğrusu nə elə gözəl təbiəti, nə də tarixi, maraqlı memarlıq obyektləri var. Ən yaxşısı Sumqayıtın ən sevdiyim prospektindən bir rəsm paylaşmaq.



3)Günlük hayatta seni mutlu eden şey nedir?
Axşamları bütün ailə ilə birlikdə çay süfrəsinə oturmaq. Yoldaş işin yorğunluğundan, uşaqlar ev tapşırığının ağırlığından, mən də günün qayğılarından sıyrılıb bir az nəfəs aldığımız zamandır axşamlar. Uşaqlarla günün müzakirəsi, keçmişdən gələcəkdən etdiyimiz söhbətlər günün pozitiv ab-hava ilə başa çatmasına səbəb olur.

4)En sevdiğin meşguliyetin/hobin nedir ?

Təəssüf ki, hər şeyə baş qoşan, hər şeylə maraqlanan, nəticədə, bir çox şeydən yarımçıq qalan bir insanam :) Kitab oxumaq, musiqi dinləmək, rəsm çəkmək, rəsm boyamaq, bir şeylər yazmaq, yeni-yeni şirniyyat reseptləri yoxlamaq, naxış, tikiş, öz aləmimdə yeni bir şeylər icad etmək, ingilis dilimi, rus dilimi inkişaf etdirmək...hər şey var yəni. Sadəcə vaxt çatmır :) Odur ki, hamısından yarımçıq qalıram :( Amma günlük tərk etmədiyim hobbim kitab oxumaq və musiqi dinləməkdir.

5)Evin en sevdiğin köşesinden bir fotoğraf paylaşır mısın?

Evin ənnn sevdiyim hissəsi yatağımdır :) Axşam bir günün də yorğunluğunu və qayğılarını geridə qoyduğumu düşünərək, yatağımda yarı uzanılı bir vəziyyətdə, gecə işığının əsrarəngizliyində  3-4 səhifə belə olsa bir şeylər oxumaq mənim özümü ən yaxşı hiss etdiyim anlardır. Yatağımın şəklini paylaşa bilməyəcəyimə görə ikinci sevdiyim hissəni açıqlayıram. Upuzun koridorumuzun başındakı dairəvi masanın kənarındakı stul... İstifadəsiz yerdə olduğundan sadəcə mənə xitab edir bura :) Yenə yorğunluqdan bitab düşdüyümdə üstünə çökərək minlərlə dəfə etiraz etməmə, sözümün keçmədiyini anladıqdan sonra təslim olub evin içində futbol oynamaqlarına ( hətta çox vaxt ataları ilə birgə) göz yumduğum bizim oğlanları seyr etmək, telefonla qurdalanmaq, bəzən tapdığım boş vaxtı fürsət bilib kitab oxumaq üçün istifadə etdiyim bir hissədir bura.


6)En sevdiğin kitap ve ondan bir bölüm paylaşır mısın?

Çox unutqan biri olduğum üçün zamanında oxuduğum kitabların demək olar ki, hamısı silinib hafizəmdən. Ona görə son zamanlar oxuduqlarımla bağlı düşüncələrimi fürsət tapdıqca bloqumda qeyd edirəm. Son zamanlarda oxuyub ən çox təsirləndiyim əsər Mövlud Süleymanlının "Köç" romanı oldu. Üslubu, dili, mövzusu digər oxuduqlarımdan çox-çox fərqli idi. Oxuduqca məni bambaşqa bir aləmə götürməyi bacarmışdı. "Köç" haqqında yazımı oxumaq istəsəniz buraya toxunmanız kifayətdir. Hər cümləsi mənim üçün qeyri-adi olan o kitabdan köçü - əslində, məncə, dünya yaranandan bu yana insanlığın baş alıb getdiyi köçü anlatan qismini aşağıya qeyd edirəm.

    Dövlətdən dövlət, quruluşdan quruluş görüb neçə şah, neçə sultan yorub, yola salıb, olanların, olacaqların, oturanların, duranların üstüylə neçə yüzilidi dünyanın beli uzunu yol gedirdilər. Gələcəyimi axtarırdılar, keçmişimi, özləri də bilmirdi.
    Qorxuların, ölümlərin gözünün içinə baxa-baxa, hiylələri, bicliyi yaranmamış duya-duya, anlardan, ömürdən, vaxtın özündən irəlidə dünyanı qocala-qocala, yaşlana-yaşlana, otura-otura qoyub şahlardan, sultanlardan, ölkələrdən, sərhədlərdən uzaqlaşırdılar. Su kimi axarına, ot kimi bitərinə bitirdilər. Tanrı sultanlarıydı, dünya ölkələriydi. Daha doğrusu, belə olmalıydı. Yaranışın o başından bu başına axtara-axtara yol gəlirdilər...
 
    Bilirəm çox oldu. Amma, inanın daha çox yazmamaq üçün özümü saxladım :) Mən bu əsərin hər cümləsinə heyranam vallah.


7)Şahit olduğun bir mucize var mı?

Möcüzələrə çox inanmıram doğrusu. Həyat özü başdan-başa bizə bəxş edilmiş bir möcüzədir məncə.

8)En çok görmek istediğin ülke hangisidir?

Heç düşünmədən deyirəm - Norveç :) Təbiəti, gölləri, fyortları, qütb parıltısı kimi bir çox gözəllikləri özündə cəm etmiş bu ölkəni gedib gəzmək, qatarla dağların qoynundan, göllərin kənarından dolaşmaq xəyallarımın arasında yer alan çox böyük bir arzudur. Xəyallarımın ölkəsi Norveç yazımı oxusanız nə demək istədiyimi daha yaxşı anlayacaqsınız.


9)Sana göre en büyük başarın nedir ?

Birincisi 4 oğlan böyütmək :) Hətta ataları ilə birgə corablarına qədər hər şeylərini səndən istəyən 5 kişiyə yetişə bilmək böyük bir "başarıdır" mənim gözümdə.
Bir də 3 uşaqdan sonra gecə-gündüz çalışıb imtahanlara girib magistraturaya başlamışdım. Və yenə gecə-gündüz çalışıb yüksək balla - qırmızı diplomla bitirməyə müəssər olmuşdum. Hələ ki, qazancım və nəaliyyətlərim bunlardır. Amma kim bilir həyatın geri qalan qismində daha neçə müvəffəqiyyətlərə imza atacam ;) İnanıram davamı var...

10)Ölmeden önce mutlaka yapmak istediğin şeyler nelerdir?

Ölmədən öncə imanımı kamilləşdirmək , insanlıq adına bir şeylər edə bilmək və dünya turuna çıxmaq...

    Bu qədər... Ümid edirəm ki, bu yazı ilə məni daha yaxından tanıya bildiniz.

    Bitirmədən ilk dəfə mən də birini mimləmək istəyirəm. Məncə bloqqerlərin çoxu bu mimi edib. Bircəciyim Cesur sevgi meleyini də mən mimləyirəm.

    Burdan həm mimi başladan Sevgi xanıma, həm də Betül xanım qızımıza təkrar çox təşəkkür edərək bitirirəm. Başqa yazılarda və başqa mimlərdə görüşmək üzərə... :)



22 yorum:

  1. Sizi tanımak güzeldi. Emeğinize sağlık:)

    YanıtlaSil
  2. Kuzum Allah gücünü ve ilmini artırsın evvela bunu dilemek geldi içimden 4 çocuk hem de erkek çocuğu büyütmek dile kolaydır zorlukları oldukçaçoktur Rabbim sana nefeslenmeyi nasip etsin inşallah her alanda başarılarının devamını dilerim.
    Kendini geliştirmeyi seven birisin yazdıklarından bunu anladım daha çok ayrıca da çok yorulan bir annesin yani sürekli aktif..ömrünün sonunadek hayata olan ilgin ve merağın bitmesin dilerim hayallerinin gerçekleşmesi dilegi ile..Azerbaycan görmek istediğim yerlerden biridir kimbilir belki bir gün sizin memleketten seslenirim sana:)
    Allah'a emanet ol kalemine yüreğine sağlık.

    YanıtlaSil
    Yanıtlar
    1. Bəli 5 kişi və sadəcə bir qadın olaraq bir arada yaşamaq bir az yorucu olur :) Amma yenə min şükür edirəm. Gözəl diləkləriniz üçün çoox təşəkkür edirəm. Buyurun gəlin Azərbaycana qonaq edək sizləri :) ♡♡♡

      Sil
  3. Ben de yatağıma uzanıp kitap okumayı severim :)

    Daha çok gençsin, neler neler yapacaksındır kim bilir. Ben de inanıyorum devamı var.

    Bu yaz Norveç'e gözümü diktim ben de, hem de trenle. Umarım gerçekleştirebilirim. O yeşillikler insanı büyülüyor.

    Seni tanıdığıma memnun oldum :D

    YanıtlaSil
    Yanıtlar
    1. Minnətdaram sizə. Norveçə gedəndə məni də götürə bilərsiniz yanınızda? :)))♡

      Sil
  4. 33 yaş ve 4 erkek annesi? yanlış anlamadım herhalde..Valla arada blog için zaman bulabilmen bile mucize :))))

    YanıtlaSil
    Yanıtlar
    1. :)) Vallah yaza bildiyim üçün sevinməkdən çox bloqa ayıra bilmədiyim vaxt üçün üzülürəm. Bir bu balacamız böyüsə daha rahat olacaq deyə ümid edirəm. Sevgilər♡

      Sil
  5. Güzel bir mim olmuş,eline sağlık. Norveç benim de gitmek istediğim yerlerden biri. İnşallah bir gün dileğin gerçekleşir. :)

    YanıtlaSil
    Yanıtlar
    1. Bəyənmənizə sevindim. Norveçi sevən, gəzib görmək istəyən zənn etdiyimdən çoxmuş demək. Gözəl diləyiniz üçün təşəkkürlər.

      Sil
  6. ayyyyy cici anne işteeeeee tatlı anneee iyi anneeeee en çok şeyi sevdiim akşam çay sofrasında hep beraber olmanızıııı maşallah maşallah :)

    YanıtlaSil
    Yanıtlar
    1. :)) Gerçəkdən elə bir anamıyam əcaba?? Bütün ailənin bir süfrəyə oturması çox önəmlidir məncə də. Bizdə səhər süfrəsi 3 dəfə qurulur:) Günortada sadəcə balaca ilə mən oluram. Bir tək axşamlar bir araya gəlirik. Ona görə yoldaş işdən nə qədər gec gəlsə də uşaqları gözlədib axşam yeməyini hamının bir arada yeməyinə çalışıram.♡♡

      Sil
  7. Çok güzeldi Umman. Dört çocuğun var demek. Allah bağışlasın. Dileklerin gerçek olur inşallah yavrum. Sevgilerimle :)

    YanıtlaSil
    Yanıtlar
    1. Çox sağ olun Ece ablam. Allah bütün övladları qorusun.Mən də sizə qucaq dolusu sevgi yollayıram buralardan ♡♡♡

      Sil
  8. Yoksa benden kopya mi çektin😅😄😄benim mim yazıma yaptığın yorumdan sonra çok merak etmiştim senin yazını ve nihayet okuyabildim😊 coookkk da memnun oldum😊 hele Azerice okumak öyle güzel geldi ki...üniversitede Azeri bir hocamız vardı ve onun konuşmalarını,mimiklerini hayran hayran dinlerdim😄 farklı bir ilgim ve sevgim var kardeş vatana💕 inşallah bir gün Azerbaycan'a gitmek de nasip olur 🙏
    Seni tanıdığıma çok memnun oldum...4 erkek evlat büyütmeye çalışmak gerçekten büyük başarı,kutluyorum... hayırlı evlat olsunlar inşallah...daha nice başarıların da devam etsin...
    Sevgilerimi gönderiyorum 💕

    YanıtlaSil
    Yanıtlar
    1. Deyilmi?? Mən də sizin miminizi oxuyarkən bənzərliyə heyrətlənmişdim. Yazımı oxuyub da anlamanız məni çox sevindirir. Çünkü türklər deyəsən bir az çətinlik çəkirlər Azərbaycan türkcəsini anlamaqda. Biz də yürk qardaşlarımızı çox sevirik. Siz nə zaman istəsəniz buyurun gəlin Azərbaycana. Qonaq edək sizi :) Yorumunuz və gözəl düşüncələriniz üçün çox təşəkkür edirəm.♡♡

      Sil
  9. Yanıtlar
    1. Artıq var ↑↑↑ :) Çox üzr istəyirəm. Aradabir yoxlayıram yorum varmı deyə ama görməmişəm yorumunuzu. Çox mutlu etdiniz məni. Sevgilər.

      Sil
  10. Ayyy ilk dəfə mimləndim çooox sevindim. Bu ay yazmaq kimi bir planım yox idi amma sevincim keçmədən ilk mimimi sənin sayəndə yazmaq üçün bloquma qaçıram. Çoox həyəcanlandım 🙈🙈🙈. Çox sağol canım mimlədiyin üçün ❤😍😍😍😘😘😘😘

    YanıtlaSil
    Yanıtlar
    1. Nəhayət görmüsən yazını:) Əslində sənə xəbər vermək istəyirdim. Sadəcə imtahan dövründə olduğunu bildiyim üçün tərəddütdə idim. Amma bu gün instagramdan mesaj yazıb bildirməyi düşünürdüm. Maraqla cavablarını gözləyirəm :)

      Sil
  11. Merhaba takip etkinliği için takibe aldım bloğunuzu. Sizi de beklerim. Blogger profilime tıklayarak dertlidostum sitemize ulaşabilirsiniz. Teşekkürler.

    YanıtlaSil
    Yanıtlar
    1. Ay nə gözəl. Yeni bir bloq dostum olur demək ki. İlk fürsətdə gəlirəm məm də. Təşəkkürlər.

      Sil