5 Mart 2018 Pazartesi

Həyatın pıçıltısı...



Həyat mənə pıçıldayır...
Yaşa deyir günü yaşa...

Anı yaşa...
İçindəkini, qəlbindəkini yaşa...
Duyğularını, arzularını yaşa...
Hər şey sənin əlində...
Dur ayağa... Aç pəncərəni...
Baxma soyuğa...
Aldırma rüzgara...
Nə bax ruhunu sıxan qara buludlara...
Nə də ki, yerdəki boz-bulanıq palçığa...
Olsun de...
Yanımda yoxsa da dərddaşım ,
Olmasa da sevincimi bölən, məni anlayanım...
Hər şey gəlsə də üstümə ...
İstəklərim qalsa da ürəyimdə...
Hər gün qurduğum xəyallarımın zirvəsindən yuvarlansam da həyat gerçəyinin yarğanlarına...
Olsun...
Yaşayıram ya...
Həyat davam edir ya...
Bir gün ilıq günəşli, çiçək qoxulu bir bahar günündə nə sən yadıma düşəcəksən ey qara buludlu, boz palçıqlı payız günü...
Nə dünyanın faniliyini həqiqətdə dərk etdiyim zaman, həqiqi Dost qəlbimi tamamilə ram etdiyində sizə zərrə qədər ehtiyacım qalmayacaq  anlamayanlarım...
Hədəflərimə pillə - pillə qalxarkən, arzularımın zirvəsindən o qədər kiçik görünəcəksiniz ki, xəyallarım... Bəlkə də xatırlamayacam belə sizi...
Yoo bu da bir xəyal deyil...
Həyatın mənə pıçıldadıqları...
Ya da... Kim bilir...

11 yorum:

  1. "Yoo bu da bir xəyal deyil...
    Həyatın mənə pıçıldadıqları...
    Ya da... Kim bilir..."
    Çox gözəl. Həyatın pıçıldadıqları heç vaxt bitməyəcək.

    YanıtlaSil
    Yanıtlar
    1. Teşekkür edirem. Bitmesin heyatın pıçıltısı... Pıçıltı var olduqca ümidlerimiz de yaşayır içimizde..

      Sil
  2. Hayatı içimizden geldiği gibi yaşayıp ondan zevk almalıyız.

    Bu arada en üstte solda yer alan "Benim Blogum Harika" widgeti fazla büyük! Başlığı kapatıyor...

    YanıtlaSil
  3. Həyat pıçıldayır çıxmamış candan ümid kəsilməz deyə. Ümid hər zaman var. Nə qədər çətin olsada bu günüm sabahıma dair ümidim var. Həyat pıçıldayır dik dur deyə. Çünki yəxılanı baltalamaq bizim adətimizdir. Həyat pıçıldayır gülümsə deyə, qəlbin acı dolu olsa da yaralarını heç kimə göstərmə deyə. O isə həyatın pəçıldadıqları çox imişdə biz eşitmək istəmirmişik. Biz bizə sərf edəni eşidirik həqiqəti yox... Gözəl yazı olub, əllərinə sağlıq...

    YanıtlaSil
    Yanıtlar
    1. Heyat çox şey pıçıldayır. Gerek biz bize yaxşı gelecek, müsbet olanına qulaq verek. Bütün menfilere ise qulağımızı ve qelbimizi qapataq. Sadece bu halda heyat eşqi yaranır insanda. Teşekkürler birdenem.

      Sil
  4. Hayat devam ediyor,anı yaşa..Ne güzel yazmışsınız yüreğinize sağlık :)

    YanıtlaSil
    Yanıtlar
    1. O sizin qelbinizin gözelliyi. Minnetdaram.❤

      Sil
  5. Yanıtlar
    1. 😙😙 Yorumun gelib çatıb mene bacı 😊

      Sil
  6. kaleminize sağlık, görsel de çok güzel yazınız da :)

    YanıtlaSil
    Yanıtlar
    1. Yazıya uyğun bir görsel tapmağa çalışdım. Beyenmenize çox sevindim. Teşekkürler. ❤

      Sil