13 Eylül 2018 Perşembe

Bu da son - Təngaltı, Afurca.



   Hər kəsə salam olsun. Beləliklə, Quba ilə  bağlı bu yazımızla, gəzinti yazılarımıza da son veririk.
   Qubada ən son getdiyimiz yerlər Təngaltı kəndində yerləşən Təngaltı dərəsi və Afurca kəndində axan eyni adlı şəlalə oldu. Qeyd edək ki, bunların hər ikisi təbiət abidəsi kimi qorunub saxlanılır.

  
   Təngaltı kəndinə ilk girdiyimizdə adi kənd mənzərələri bizi çaşdırdı. Adı bu qədər məşhur bir yerin görülməyə dəyər bir hissəsi mütləq olmalı idi. Və elə ki yollar bizi sərt qayalıq və şır-şır axan çay kombininin yanına aparıb çıxardı bütün məsələni anlamış olduq. Bura doğurdan da valehedici idi. Qayaların dibi ilə dağlara doğru uzanıb gedən yol və digər yanda çınqıllı-daşlı çay dərəsi...
 

   Bu yolu heyran-heyran izləyib sonuna gəldikdə, məhz həmin çayın sahilinə gəlib çıxırsan... Burada çay sahilində dolanıb, istəsəniz yaxınlıqdakı  istirahət mərkəzində çaydan-çörəkdən yeyib içə bilərsən (biz orda yemək istəmədik amma).



   Sonra burdan Afurca şəlaləsinə qalxmaq üçün bir yol var ki, həmin yolu hər maşın çıxa bilmir. Üzüyuxarı, daşlı və kələ-kötür yolları çıxa bilmək üçün altı çox hündür bir avtomobiliniz və çox yaxşı sürücülük qabiliyyətiniz olmalıdır. Amma məncə risq etməyə dəyməz. Çünki aşağıda sizi 20 Azn -ə yuxarıya aparıb düşürəcək "Niva"lar gözləyir.

   Əvvəl bu pul hədsiz çox görünsə də yolu çıxarkən izlədiyimiz mənzərələr və şəlalənin gözəlliyi hər şeyi unutdurdu😊.

   İlk əvvəl sürücü bizi ponorama dediyi yerə apardı. Bu dağın təpəsində düz bir taladır. Oradan Təngaltı bütünlükdə ovcunun içi kimi görünür. Keçib gəldiyimiz yollar, çay, meşəli dağlar, hamısı o qədər gözəl görünür ki, burdan.


  Mənzərələri izləyib feyziyab olduqdan sonra şəlaləyə qalxdıq. Afurca şəlaləsi elə Afurca kəndində yerləşir. Şəlalə haqqında qısa məlumat:

Vəlvələ çayının Yan silsiləsini kəsib keçdiyi yerdə əmələ gətirdiyi kanyonvari dərənin yamacında eyniadlı çayın üzərindədir. Çayın yatağında Yura yaşlı əhəngdaşı suxurlarının səthə çıxması və sıldırım pillə əmələ gətirməsi ilə əlaqədardır. Azərbaycan Respublikasının geoloji təbiət abidəsi kimi qeydə alınmışdır və dövlət tərəfindən mühafizə olunur. Hündürlüyü 60 metrdir.
Afurca şəlaləsi öz qeyri-adiliyi və bənzərsizliyi ilə turistlərin və səyahətçilərin diqqətini cəlb edən təbiət hadisəsidir. (Alıntı)

   Bəli, bu şəlalə əvəzsiz gözəlliyə sahibdir. Şəlaləyə çatmaq üçün sıx ağaclı təpə ilə üzüyuxarı xeyli yol gedirsən və birdən şəlalə tam qarşına çıxaraq, salamlayır səni.



   Şəlalənin arxasındakı qayalıq yol kimi oyulub. Bu yolla şəlalənin arxasından keçib onun töküldüyü yerə düşmək imkanı var.


  Düz aşağıdakı qayalıqların üzərində durub şəlalənin suyu ilə təpədən dırnağa islansanız da şəkil çəkdirə bilirsiniz. Şəkil çəkdirməsəniz belə şəlalənin yayda az olan suyunun isfiqamətini ordan-ora dəyişən küləyin sayəsində qayalığın üzərində durmuşkən qəfil sənə tərəf yönələn şəlalənin buz kimi damlaları altında islanmadan qayıtmayın burdan məncə😊.


   Bu gəzintimiz də ürəyimizcə oldu.
Və deyə bilərəm ki, bu dəfə Qubanı ürəyimiz istəyən kimi gəzib qurtardıq. Qubadan dönərkən bu yerlərə məxsus rəngarəng meyvə lavaşlarından, Quba bükməsi və paxlavasından almağı unutmayın.

Elə səyahət yazısı seriyamız da bu illik bu yazı ilə başa çatdı. Başqa yerlərdə, başqa gəzintilərlə nə vaxtsa qarşınızda olmaq ümidilə Allaha əmanət olun...



3 yorum:

  1. Ne güzel yerlere gitmişsiniz. İçim açıldı fotoğraflara bakarken. Harika.

    YanıtlaSil
    Yanıtlar
    1. Nə gözəl. Bəyənmənizə çox sevindim. Bəli, bəlkə Norveç qədər deyil amma bizim biralar da çox gözəldir doğurdan da. Tək üzüldüyüm şey bunun çox da fərqində olmamağımızdır. Təbiiliyini pozmadan çox az səramyə ilə çox daha gözəl hala gətirib bütün dünyaya tanıda bilmirik məsələn, ölkəmizi. Sadəcə Bakıdakı daşa-betonadır bütün yatırımlar😑

      Sil
  2. Çok güzel fotoğraflar, bize yaşattınız orayı. emeğinize sağlık.

    YanıtlaSil