22 Kasım 2018 Perşembe

Gözümü haramdan necə qoruyum? / 2



   Beləliklə "Gözümü haramdan nasıl korurum" kitabından  götürdüyüm qeydlərlə yenidən burdayam. Keçən dəfəki yazıda kitabın birinci bölməsi olan "Gözümü haramdan niyə çəkə bilmirəm?" başlığı altında gözümüzü haramdan çəkə bilməməyimizin səbəbləri, doğru bildiyimiz bir çox yalnışlar və s. haqqında məlumat aldıq.
Yazını hələ də oxumayıbsınızsa buraya toxunub bir göz ata bilərsiniz. Bu günkü yazıda isə gözümüzü haramdan qorumağın bizə qazandırdıqlarını, haramın ağlımıza, səhhətimizə, qəlbimizə və s. vurduğu ziyanı öyrənəcəyik.


Gözümü haramdan niyə qorumalıyam?

1. Gözünü qoru, ağlını qoru.
 
   * Cənab-ı Haqq beyində yerləşən sinir lifləri və hüceyrələrini dünyalar dolusu informasiyanı depolamağa vəsilə qılmışdır. Hafizəsini yerində istifadə edənlər və ondan faydalana bilənlər üçün hər gördüyünü və oxuduğunu çox qısa bir zamanda öyrənmə və aradan çox vaxt keçsə belə bu öyrəndiklərini unutmamaq mümkündür. Bunun üçün bəzi xüsuslara diqqət etmək lazımdır. Xüsusən sələf alimləri (hədis əzbərləyən alimlər) yedikləri qidalara diqqət etmiş, şəkərli və turş qidalardan uzaq durmuş, səhər yeməyini mütləq yemiş, çox yeməməklə birlikdə, yemək vaxtlarına riayət etməyi və çox yatmamağı də məsləhət görmüşlər. Qur'an əzbəri, zikir və təsbeh kimi nurani kəlmələrin təkrarı da hafizəni qüvvətləndirən amillərdir.
   
   * Hafizəni zəiflədən səbəblərin ən təhlükəlisi şəhvət hisslərini coşduran, heyvani duyğuları qələyana gətirən faktorlardır. Bugün televizor proqramları, internet səhifələri, video oyunları, gündəlik xəbərlər, siyasi polemikalar, idmançı və şou-biznes əhlinin böyük bir hadisə imiş kimi gündəmə gətirilən hal və hərəkətləri, sırf maraq oyandırmaq məqsədilə uydurulan yalanlar, sensasiyalar onsuz da zəifləmiş zehinləri tamamilə işğal etməkdədir.

   * Harama baxmaq unutqanlıq yaradan ən önəmli səbəblərdən biridir. Haramla olan əlaqə qəlbin qaralması ilə birlikdə  zehnin də qaralmasına səbəb olur. Bir qara dəlik şəklində zehində yerləşən, bütün bilgiləri və görüntüləri  özü ilə birlikdə qaranlığa çəkən, çəkə bilmədiklərini isə kölgələyən haram görüntülər, sanki bir virus kimi zehnin fəaliyyətini sıradan çıxarmaqdadır.

   * Bir vaxtlar mədrəsə tələbələrinə və hafiz namizədlərinə məzar daşlarını oxumaqlarının qadağan olunmasının altında yatan əsas səbəbin vizual hafizədə lazımsız yeri işğal etməmək olduğunu nəzərə alsaq, bugün bütün gəncliyin markalar, reklam lövhələri və telefon və televizor ekranlarındakı 5-10 dəqiqəlik bir reklam vaxtı içərisində necə bir zehin kirliliyinə məruz qaldıqlarını da anlamaq mümkündür.
  Bu gün üçün ağıl səhhətini qorumaq istəyənlərin dini tərbiyənin gərəyi olan iffət içində olmaları, bir məcburiyyətdir. İffət və namus isə harama yaxınlaşmamaqla və sərhəd telləri olan baxmamaq xəttini qorumaqla mümkündür.


2. Gözünü qoru, səhhətini qoru.
   
   * Çox erkən yaşda qarşı cinsə oyanan bu günün gəncində erkən yetkinlik problemləri meydana çıxır. Mart günəşinə aldanan çiçəklər kimi, ağıl yetkinliyinə çatmadan erkən oyanan gənclərdə ağıllarının istəklərini idarə edə bilməməsindən qaynaqlanan bir çox problem yaranır. Uşaq yaşlı ata və anaların ortaya çıxması, uşaq istismarı və baxılmayan körpələrin uşaq evlərinə tərk edilməsi müasir dünyada baş qaldıran problemlərin sadəcə bir neçəsidir.  Bu məsələ ilə bağlı təməl bilgilərin yetkinlik çağından öncə valideynlər tərəfindən gənclərə doğru bir şəkildə öyrədilməsi, bununla yanaşı ailə içində bu mövzuda İslami baxışın tam mənası ilə təmsil edilməsi və həssasiyyətlə tətbiq olunması, həmin gəncdə məlumatsızlıqdan dolayı ortaya çıxan xətaları minimuma endirəcəkdir.

   * Harama baxmaq və nəticəsindəki bədən israfının gənclərdə yorğunluq, diqqət dağınıqlığı kimi fiziki, narsizm (özündən razı) və ya əksinə öz vücudundan iyrənmək kimi psixoloji xəstəliklərə yol açdığı müşahidə olunmuşdur. Bunlarla yanaşı harama baxmaqla başlayıb, harama girməklə nəticələnən zina ilə gəncləri gözləyən bir çox fizioloji xəstəliklər də mövcuddur. Bunlardan ən tanınmışı da ölümcül xəstəlik olan AİDS-dir.

    * Uşaqların mənəvi həyatına mənfi təsir göstərən əxlaqsız görüntülərə qarşı ailə içində qoruyucu anlayış və həssasiyyətin yerləşməsi vacibdir. Həmçinin, hiss etdirmədən və sıxmadan gəncləri hər zaman müşahidə altında saxlamaq, yarana biləcək xəstəliyə qarşı erkən və düzgün diaqnoz üçün ən doğru davranış şəklidir. Amma ən önəmlisi gəncin özünü bu xəstəlikdən qorumağa çalışmasıdır. Bunun üçün həmin şəxsin xəstəliyin zərərlərindən xəbərdar olması şərtdir. Və bu nöqtədə əxlaqsızlığa qarşı qapalı olunduğu qədər, məlumatlandırmağa da açıq olunmalıdır.


3. Gözünü qoru, əxlaqını qoru.
   
   *Şübhəsiz, qarşı cinsə duyulan meyl ilahi bir proqramlanmanın nəticəsidir və bu özlüyündə pis bir şey sayılmamalıdır. Bu meyl nəslin davamı üçün gərəklidir. Önəmli olan zərərli əlaqədən və zərərli ola biləcək münasibətlərdən uzaq durmaqdır.

   * Baxmaq ilə başlayan bir çox günah vardır : toxunmaq, təklikdə qalmaq, öpüşmək və zina etmək. Görüntülü və yazılı medyada onlarla nümunəsini görəcəyimiz bu davranışları insanın sanki normalmış kimi qarşılaması əslində ətrafımızda çox sayda gördüyümüz üçündür. Yəni xüsusi bir həyasızlığın ümumiləşməsi görmək yolu ilə reallaşır. Göz görə-görə anormal olan "normallaşır".  Mömin qadın və kişilər üçün gözlərini haramdan qorumaq əmri məhz bu ümumi koralmanın ən başından qarşısını almaq üçündür.


4. Gözünü qoru, qəlbini qoru
  
   * İnsanın gözünü haramdan qorumaması, əslində, onun fitrətinə zidd bir haldır. Çünki bu baxışlar insanoğluna verilmiş bir çox duyğunun inkişafına mane olur... Bəli, neçə göz sahibi vardır ki, fərqində olmadan sadəcə gözünü deyil, iradəsini, ruhi və mənəvi lətifələrini də lazım olan yerdə istifadə etmir və digər orqanlarının da ona xidmət etdiyini dərk etmirlər.

    * "Qulaq, göz və qəlb: bunların hamısı ondan sorumludur" (İsra, 17 / 36) ayətinin fətvasına görə anlaşılan, insan hər bir əməlinə görə hesab verəcək və öz bədən üzvlərindən istifadədə sərhədsiz bir azadlığı yoxdur. İstər insanın görməklə Rəbbini tanıması nöqtəsində olsun, istərsə estetik zövqünü tətmin etmək nöqtəsində olsun, insanın seyr edə biləcəyi çoxsaylı məxluqat var ikən, bunlardan yalnız birinə baxmaq cəhətdən müəyyən bir məhdudiyyət mövcuddur və şəhvət aşılayan görüntülərdən insanın ağıl və bədən səhhətinin qorunması üçün uzaq qalması əmr olunmuşdur.

    * Gözlərimizin əsl sahibi Allahdır. Gözlərimiz ilə harama baxmağı qadağan edən də Allahdır. Gözü verənin, gözü vermə səbəbinə riayət etmək də qulun göz nemətinə edəcəyi şükür üçün yerinə yetirəcəyi birinci vəzifəsidir.
  
   * Bilindiyi kimi, hər günah qəlbdə bir ləkə buraxır və dərhal tövbə ilə təmizlənib silinməsə qəlb qaralmağa başlayır, iman çıxınca isə artıq qapqara və daşlaşmış olur. Bu qaralan qəlb möhürlənir və insan mənəvi 1həyatı baxımından həqiqəti hiss etməyən, görməyən, eşitməyən bir varlığa dönür. Günahların, haramların qaraltdığı qəlbin və ağılın aydınlanması isə iman nuruyla baxan göz vasitəsilə təfəkkür etmək və dil ilə zikr etmək sayəsində mümkün olacaqdır.


5. Gözünü qoru, dinini qoru
   
   * Təqva xüsusunda günahlardan çəkinmək hər zaman nafilə ibadətləri yerinə yetirməkdən daha öndə gəlir. Çünki haramlardan uzaq durmayan kəsin qulluq adına müsbət mənada yerinə yetirəcəyi əməllərdən gözlənilən nəticəni əldə etməsi də mümkün olmayacaqdır. Əslində insan onu yaradan və rəhmətiylə özünü sevdirən Rəbbini sevir və əmr etdiklərini yerinə yetirib, qadağan etdiklərindən uzaq duraraq özünü ona sevdirməyə çalışır.

   * Ətrafın haram qaynaması bizə haqq vermir. Harama baxmaq ilə bağlı bizdən istənilən şey gözümüzün qabağında olan haramları ortadan qaldırmaq deyil, öz gözümüzü onlardan qorumaqdır.  Və önəmli olan gözü haramdan qoruyacaq daxili gücə, qüvvətli imana sahib ola bilməkdir.

    * Harama baxmaq məsələsi insanın daha çox gənclik dövründə baş verir. Bilirik ki, gənclik fani və keçicidir. Bu gənclik iffətlə xeyrə sövq edilsə qarşılığında əbədi bir gənclik qazanılacağı bütün səmavi kitablar və peyğəmbərlər tərəfindən müjdələnmişdir.


6. Gözünü qoru, dünya və axirətini qoru.
   
   * Gözü haramdan qorumaq qəlbə insanı Cənnətə aparan əməllərlə məşğul olmaq həvəsi verir. Daim harama baxan kəs isə buna əhəmiyyət verməz və Cənnət ilə aralarına pərdə çəkmiş olur, Allahın əmrlərini unudur.
  
  * Haram tövbə edilmədiyi təqdirdə məhşərdə və Məhkəmə-i Kübrada geriyə dönüşü olmayan peşmanlıqlara səbəb olur. Çünki Allah verdiyi nemətlərin hesabını soruşacaq. Haramlarla keçmiş şükürsüz bir ömür orada bizə ancaq məhcubiyyət gətirər, üzümüzü qara edər və başımızı yerə endirər.

Hiç yorum yok:

Yorum Gönder