Hər kəsə qucaq dolusu salamlar. Bu gün yenə ləzzətli bir reseptlə qarşınızdayam. Doğrusu bizim evdə şirniyyat olaraq ən çox keks bəyənilib, iştahla yeyildiyinə görə mən də həmişə fərqli keks reseptləri axtarışında oluram. İnternetdə axtarış zamanı qarşıma çıxan bu günkü keks ilk olaraq görüntüsü ilə könlümüzü fəth etmişdi. Bişirib dadını da çox bəyəndiyimiz üçün bloq yaddaşımda da yer alsın istədim. Beləliklə keçək keksimizə lazım olan ərzaqları və hazırlanma qaydasını anlatmağa.
Keks xəmiri üçün
3 yumurta
1stəkan şəkər
0,5 stəkan süd
0,5 stəkan duru yağ
1,5 stəkan un
1 paket qabartma tozu
3 xörək qaşığı kakao
İç üçün
2 yumurtanın ağı
1 stəkan şəkər kirşanı
2 stəkan kakos
Üzəri üçün
Şokolad (ağ və qara)
Hazırlanma qaydası
- Əvvəl içi hazırlayırıq. Yumurtanın ağı, şəkər kirşanı və kakos qarışdıralır.
- Kakoslu qarışıqdan 9 ədəd qozdan azca böyük yumru toplar hazırlanır.
- Kakoslu toplar düz bir qaba yığılaraq soyuducunun buz gözünə qoyulur.
- Keksin xəmiri üçün yumurtalar şəkərlə birlikdə ağaranacan mikserlə çalınır.
- Süd və yağ əlavə olunub təkrar çalınır.
- Ən sonda qarışığa un, qabartma tozu və kakao da ələnərək əlavə olunub qarışdırılır.
- Yağlanıb unlanmış keks qəlibinə xəmirin yarısı tökülür.
- Qəlibdəki xəmirin üzərinə soyuducudan çıxardığımız kakoslu toplar bərabər aralıqlarla düzülür.
- Qalan xəmir də kakoslu topların üzərinə tökülür.
- Əvvəlcədən isidilmiş 180°- lik sobada bişirlir.
- Bişib soyumuş keksin üstü zövqə görə əridilmiş şokoladla bəzədilir.
- Görüntüsü ilə göz oxşayan keks dilimlənərək ləzzətlə yeyilir :)
Keksi tez bir zamanda bişirib bəyənəcəyinizi ümid edərək bitiririk bu postu. Sonda isə hər kəsə ləzzət dolu günlər və qucaq dolusu sevgilər ...
en sevdiğim kek. sağool tarif içiin denerim. bende bir mim var yapsana yaaa olur muuu :)
YanıtlaSilNə demək.İndidən afiyət olsun:) Niyə olmasın? Görmüşdüm mimi. Sevə-sevə yaparım. Təşəkkürlər.
SilÇok güzel görünüyor.Kakaolu keki bende çok severim.Elinize sağlik 😃
YanıtlaSilAh kakaolu, şokoladlı kekslər biz qadınların vazkeçilməzi. Hansımız sevmirik ki? Təşəkkürlər.
SilÇok güzel görünüyor gerçekten..❤
YanıtlaSilDadı da görüntüsü qədər gözəldir əslində.Sevgilər.
SilOhh mis gibi olmuşşş :)
YanıtlaSil:) Təşəkkürlər. Yaxında olsanız da kaş ki, ikram edə bilsək:)
SilÇok güzel görünüyor elinize saglik.
YanıtlaSilÇox sağ olun. Sizin də yorum yazan qələminizə sağlıq :) Təşəkkürlər.
SilEn qısa zamanda bişirecem👍Ellerine saglıq😘
YanıtlaSilÇox sağ ol bacı.Rəsimlərini gözləyəcəm yenə ;)
SilHafif lezzetli kek tarifi elinize sağlık afiyetle.
YanıtlaSilÇox ləzzətli bir keksdir geçəkdən. Təşəkkürlər.
SilBen de istiyoruuuum sovket dostuuuuu♡♡
Sil:))) Canım Yunusum söz yayda bura gələndə bişirəcəm sənin üçün. Yetər ki sən istə :*
SilHarika görünüyor, eline sağlık. :) Ankara'dan Azerbeycan'a sevgiler...
YanıtlaSilÇox təşəkkür edirəm. Burdan da bütün Türkiyəyə salam olsun:)
SilEllerinize sağlık çok güzel görünüyor benim de en sevdiğim kek çeşitlerinden paylaşım için teşekkürler sevgilerimle 😊
YanıtlaSilZiyarətiniz və yorumunuz üçün mən təşəkkür edirəm.
SilDadı da görüntüsü de cox gözeldir.Cünki dadına ilk men baxmısam.Ellerine sağlık Bacı .Superdi.Qızlar gelende bişirecem
YanıtlaSilÇooox sağ ol bacı. Həmin gün bir də oyandıq ki, keksdən bir dilim də qalmayıb. Uşaqlar silib-süpürmüşdülər hamısını:))
YanıtlaSildadi necedi tam bilmirem amaa.... gorunusu her seye deyer:*
YanıtlaSilİnşallah mütləq bu keksdən daddıracam sizə.Onda dadına qərar verərsiniz.Bizdən ayrılmayın. Tezliklə :)))
Sil