30 Ocak 2017 Pazartesi

Böyük nemət

 
               
    Bu yaxınlarda arayış almaq üçün getdiyim bir idarədə eşitdiklərim mənə çox dərindən təsir etdi doğrusu. Bizim yaşadığımız qəsəbənin xeyli yaşı var. Sonradan köçənlər, burdan daşınıb gedənlərlə yanaşı burda dünyaya gəlib, burda ailə qurub və hazırda burda oğul-uşaq, nəvə sahibi olanlar da var. Ona görə də qəsəbə sakinlərinin arasında hələ sovet dövründən burda ilişib qalmış tək-tük rus ailələrinə də rast gəlinir.
Qəsəbəmizdə bir qoca rus cütlüyü yaşayırmış. Vaxtilə bir oğul, bir də qız övladlarını gənc yaşda itirmişlər. Kimsələri olmadan burda yaşayan ər-arvad idarədəki işçilərin öz aralarında danışıqlarından anladığıma görə bəlkə də sadəcə başqa heç kimləri olmadığı üçün yaman bağlı imişlər bir-birlərinə. Bir-iki həftə əvvəl qadın küçədə ayağı sürüşüb yıxılıb. Bir müddət yataqda yatıb. Kişi onun bu halını çox dərd edib özünə. Məncə ona bir şey olar deyə bərk həyəcan keçirib bəlkə də, kim bilir?! Nə isə ki, qadın yeni özünə gəlməyə, yavaş-yavaş ayağa qalxmağa başlayırmış ki, kişinin qəlbi daha çox dayana bilmir, qəfildən vəfat edir. Kişinin ölümünün 6-cı günündə qadın da vəda edir dünyaya. Yanlarında nə bir övlad, nə bacı-qardaş, nə də ki, hər hansı bir doğma. İdarəyə onların sənəd-sünəd işlərini düzəltmək üçün gələn  qonşuluqda yaşayan bir rus qadın məşğul olub dəfn işləri ilə. 
   
     Bir həftənin içində ikisinin də ruhunu alıb, heç birini tək-tənha və dərd içində buraxmayan Rəbbimin böyük mərhəmətini düşünməklə yanaşı, onların belə yaxınları olmadan kimsəsiz bir şəkildə qonşuların ümidinə qalaraq bu dünyadan köçməkləri çox pis təsir etdi mənə. 
    
    Sadəcə ölümlərinə görə deyil. Nəhayətində, fani olan dünyadan əbədi bir diyara köç edərkən belə ayrıntılar o qədər də önəmli deyil bəlkə də. Məni düşündürən tamam başqa məsələdir. 

    Bu insanlar yaşayarkən qonaq getdikləri bir ev var idimi görəsən?  Bayram günlərində sadəcə ikisi soyuq bir evdə oturub qonşuluqdakı evə yığılıb deyib gülən qohum əqrabaların işıq və səs-küy gələn pəncərələrinə  baxıb hansı hissləri keçirirdilər? Arada bir qapılarını döyən olurdumu? Həyatda bir arzuları, istəkləri var idimi? Yoxsa sakitcə oturub ölümlərinimi gözləyirdilər? Oğul-uşağın bazarlıq edib baş çəkdiyi, nəvə-nəticələrini oynadan neçə həmyaşıdlarına baxıb köks ötürmüşdülər görəsən? Gündə neçə kərə digərinin tez ölüb təkcə qalacaqları qorxusunu keçirirdilər qəlblərindən? Köhnə albomu vərəqləyib sağlam, gözəl , gənc çağlarının, övladları ilə bir arada olduqları zamanların rəsmlərinə hansı ürək ağrısı ilə baxmışdılar? Bəs bəlkə də uşaqlıqdan çıxıb ayrıldıqları doğma vətənlərini, qohumlarını, illərlə fərqli adət-ənənə ilə yaşayanların arasında ömür keçirdərkən xatırlamışdılarmı heç?
                
     Belə insanların varlığından xəbərsiz olaraq yaşadığımız üçün , nəyə ehtiyacları olduğunu bilmədən və ya sadəcə hal-xətir sormadığımız üçün çox üzülürəm bu başqa. Amma yazımın mövzusu bu da deyil.
    
    Yaşayarkən ətrafımızda bizi sevən dostlarımızın, qohum əqrəbamızın varlığının necə böyük nemət olduğunu hiss edə bilmirik çox vaxt. Çətin anlarımızda yanımızda olan, xoş günlərimizdə sevincimizi bölə bildiyimiz doğmaların istisini duya bilmirik. Bəzən kiçik şeylərə taxılıb bir-birimizin arxasınca nələr deyirik, nələr... Xırda söz-söhbətləri böyüdüb dağ edirik gözümüzdə... Söhbət böyüdükcə inciklik böyüyür... İnciklik böyüdükcə kin yaranır. Sonra o kin də böyüyüb uçurum yaradır qohumlarla aramızda... Bir birimizdən soyuyaraq uzaqlaşırıq, yadlaşırıq... 
    
    Unuduruq bu dünyanın doğmalarımız olmasa nə qədər çəkilməz ola biləcəyini... Başımıza gələn hər kiçik hadisəni duyaraq yardımımıza tələsən qohumlarımız sayəsində özümüzü necə güvəndə hiss etdiyimizi, xəstələnərkən ziyarətə gəldiklərində ağrılarımızın azaldığını, xoş günümüzdə sevincimizə şərik olarkən xoşbəxtliyimizin qatbaqat artdığını unuduruq... 

    Qürbətdə olanlar daha gözəl hiss edir məncə bu duyğunu. Bircə biz də onların dəyərini anlaya bilsək... Bir ətrafımızda var olduqları üçün haqqı ilə şükür edə bilsək... O zaman xırda söz-söhbətlərə də baş qoşmarıq bəlkə. Çox sevdiyimiz üçün bağışlayıcı olub incimərik heç zaman heç birindən...

     İnşallah, bu mövzuya həm dinimizin əmr etdikləri, həm milli adət-ənənələr aspektindən daha geniş bir şəkildə dönəcəm gələcək yazılarda. Hər birimizə bu nemətin dəyərini anlayıb, qohumluq münasibətlərini gözəl bir şəkildə qorumaq arzusu ilə... Sevgilər...

16 yorum:

  1. Uca yaradan bu cur rehimli dusunceli qelbine gore seni senin sevdiklerini seni sevenleri qorusun Addimlayacaĝin heyat yollarinda. allah yar ve yardimcin olsun insallah deyerli qizim

    YanıtlaSil
    Yanıtlar
    1. Çoox sağ olun atacan. Rəbbim sizi də böyük kimi başımızdan əksik etməsin.Ziyarətiniz məni çoox məmnun etdi. Yenə gözləyirəm:)

      Sil
  2. Fikirlərinizə eynilə qatılıram,düz deyirsiniz.İnsan yanında olmayanda anlayır sanki yaxınlarının,qohumlarının dəyərini.Amma hər anımızı son anımız kimi yaşamalıyıq əslində.Çok gözəl yazmısınız. :)

    YanıtlaSil
    Yanıtlar
    1. Çoox sağ ol Aysel. Nə qədər gözəl yazmısan hər anımızı son anımız olaraq bilsək, necə də sarılarıq əzizlərimizə! Yorumun üçün təşəkkürlər.

      Sil
  3. Çok güzel bir konu.Bazen aile üyeleriyle aranda anlaşmazlık olunca ister istemez mesafe koyuyorsun :(

    YanıtlaSil
    Yanıtlar
    1. Təəssüf ki, hər zaman səhv etməyə müsait bir yaradılışımız olduğundan hər birimiz həyatımızda belə yalnışlıqlara yer veririk. Önəmli olan bu yalnışın fərqində olub ən azından bir daha etməməyə çalışmaq.Sevgilər.

      Sil
  4. Yazdıklarımla tamamile raziyam.İnsan ne qeder yaxşı yaşasa da, ne qeder gözel heyatı olsa da ruhunu qidalanması üçün yaxınlarına, dogmalarına cox ehtiyac duyur.Rabbim hec kesi bu duygudan mehrum etmesin inşallah

    YanıtlaSil
    Yanıtlar
    1. Sən hamımızdan daha çox qohumcanlı olduğun üçün bu duyğunu daha yaxşı anlayırsan,məncə, bacı. İnşallah sevdiklərimizlə həmişə bir arada etsin bizi Rəbbim.

      Sil
  5. senin kimi qohuma da sahib olmaq bir basqa gozel:)

    YanıtlaSil
    Yanıtlar
    1. Sağ olun canlarımmm... Sizin kimi tatliş kuzene sahib olmağa nə deməli??

      Sil
  6. Ne güzel bir gönlün var.Sevgi herşeyin başı ,ne olursa olsun sevgiyi her yere ekeceksin .

    YanıtlaSil
    Yanıtlar
    1. Çox təşəkkür edirəm. Eynən. Sevmək insana Allahın ən böyük lütfüdür.

      Sil
  7. Biraz mesafe koymak kavga etmekten daha iyi bence.

    YanıtlaSil
    Yanıtlar
    1. İçtən olunca, qarşılıqsız sevincə kavgaya da yer qalmır ki. Sevgilər.

      Sil
  8. Malesef en yakınlarımızda olan insanların bile gönüllerini kırdığımız çok oluyor. Her şeye yatırım yapıyor insanlar fakat insana sevgiye yatırım yapan pek az.

    YanıtlaSil
  9. İnsan elə bir varlıqdır ki, hər zaman əlində olmadığlarının dalınca qaçır bir dəfə geriyə çönüb sahib olduqlarını görsə və əlində olanlar üçün şükür etsə bəlkədə dalınca qaçdıqları heç yadınada düşməz. Bu insanın fitrətində var , insan əlindəki itirmə təhlükəsi olmadan dəyərini anıamır... İnşallah hər zaman sevduklərimizin dəyərini anlayanlardan olarıq..

    YanıtlaSil