30 Ocak 2017 Pazartesi

Böyük nemət

 
               
    Bu yaxınlarda arayış almaq üçün getdiyim bir idarədə eşitdiklərim mənə çox dərindən təsir etdi doğrusu. Bizim yaşadığımız qəsəbənin xeyli yaşı var. Sonradan köçənlər, burdan daşınıb gedənlərlə yanaşı burda dünyaya gəlib, burda ailə qurub və hazırda burda oğul-uşaq, nəvə sahibi olanlar da var. Ona görə də qəsəbə sakinlərinin arasında hələ sovet dövründən burda ilişib qalmış tək-tük rus ailələrinə də rast gəlinir.

26 Ocak 2017 Perşembe

Məşhur "Polyanna"nı, nəhayət, mən də oxudum :)

                        
     Oxuduğum bir kitab haqqındakı yazı ilə yenidən sizinləyəm. Polyannanı yəqin ki, bir çox insan oxuyub. Lakin mən bu əsər və qəhrəmanı  Polyanna haqqında sadəcə eşitmişdim. Yenə bir təvafüq nəticəsində onu oxumaq mənə də qismət oldu. Kitabı az səhifəli və axıcı olduğundan, həm də tez bir zamanda qaytarmalı olduğum üçün oxuduğum romanı yarım saxlayıb bir günə qurtardım və çox sevdim doğrusu (bu arada əslində nazik kitabları oxumaq daha rahatmış, mənim oxuduqlarım o qədər qalın olur ki, bitirməyim həftələr çəkir :( )

24 Ocak 2017 Salı

1. Mimləndim. İlk mimim.

             
       
Dünən hamımızın çox sevdiyi, gözəl qəlbli Deep Tone tərəfindən mimləndim. Digər bloqlarda hər zaman qarşıma çıxan mim ənənəsinə mən bloq həyatımda ilk dəfədir qatılıram. Bu həyəcanı mənə yaşadan Deep Tone-a sonsuz təşəkkürlər. Tanımıyan yoxdur əminəm amma, əgər onu hələ də tanımırsınızsa çox şey itirmişsiniz deməkdir.  Adı kimi Sadə və Dərin bloquna mütləq bir göz atmağınızı tövsiyə edirəm.

"Çocukluğumuza dair" adlı bu mim sayəsində üç sualla  xatirələrimizi qurdalayır, uşaqlıq dövrünə qayıdaraq həmin dövrün bəlkə də çoxdan unutduğumuz məqamlarını yada salmağa çalışırıq.

23 Ocak 2017 Pazartesi

Kakos surprizli keks

                                         
    Hər kəsə qucaq dolusu salamlar. Bu gün yenə ləzzətli bir reseptlə qarşınızdayam. Doğrusu bizim evdə şirniyyat olaraq ən çox keks bəyənilib, iştahla yeyildiyinə görə mən də həmişə fərqli keks reseptləri axtarışında oluram.  İnternetdə axtarış zamanı qarşıma çıxan bu günkü keks ilk olaraq görüntüsü ilə könlümüzü fəth etmişdi. Bişirib dadını da çox bəyəndiyimiz üçün bloq yaddaşımda da yer alsın istədim. Beləliklə keçək keksimizə lazım olan ərzaqları və hazırlanma qaydasını anlatmağa.