Bir mən vardır məndə məndən içəri...
(İçimdəki mənə səslənişimdir...)
Səncə istədiyin budurmu?! Sən istədiyin sənsənmi? Bu cür davam etməyə razısanmı? Məncə... Məncələrim çoxdu...
Məncə çox kiçik şeylərə taxılıb qalırıq, onlarla məşğul olarkən ömürdən axıb gedən böyük sürprizlərdən bixəbər qalırıq, səncə?
Məncə insan qərarlarının arxasında durmağı bacarmalıdır, özünə güvənməli, inanmalı, hər şeyin öhdəsindən gələ biləcəyini anlamalı, səncə?
Məncə insan ətrafındakı hər kəsi sevməlidir, pislik edənlərə belə mərhəmətlə baxmalı, qəlbi sevgi hissindən məhrum o zavallılara acımalıdır, səncə?
Məncə hər şey mənəviyyatda bitir, dünya işlərinə daldıqca, bədəni zövqlərimizin ardına düşdükcə, qəlbimizi, ruhumuzu qidasız buraxırıq, soldururuq, öldürürük, səncə?
Məncə bir-birimizə vaxt ayırmalıyıq, dinləməliyik, dərdimizi danışıb yüngülləşməli, sevincimizi bölüşüb çoxaltmalıyıq, səncə?
Məncə belə getməyəcək, bir gün hər şey düzələcək, səbəbsiz göz yaşları bitəcək, o qosqocaman boşluq sevinclə dolacaq və hər şey yaxşı olacaq, səncə?
Məncə bitdi deyə bir şey yoxdur, yenə yenidən başalana bilər hər şeyə, heç nəyə aldırmadan, səni geri çəkən düşüncələrdən arınaraq, səncə?
Məncə artıq başqa yerdən gələcək ilhamlara inanmaq əbəsdir, sən istəmədikdən, sən "olacaq" deyib inanmadıqdan sonra hər şey nafilə... Səncə?
Səncə də bəs deyilmi?!... Bu gedişata dur demək vaxtı çatmadımı?!.. Nə olursa olsun vaz keçməməyə, sevdiyin şeylər üçün mücadilə etməyə və "yenidən" deməyə dəyər , məncə...
Harika bir yazı olmuş. Bence de sevdiğin şeyler için mücadele etmeye, ne olursa olsun vazgeçmemeye değer.
YanıtlaSilTəşəkkür edirəm. Ah bircə o gücü özümdə tapa bilsəm, əmin olsam özümdən. Amma əlimdən gələni etməyə söz verdim, gücümün yetdiyi qədər artıq...
Silevet tabikideee :)
YanıtlaSil:))) ♡♡♡♡
SilEvete bence de elkinden geleni muhakkak yapmalısın. Hayat kendin için mücadele etmeye değer.
YanıtlaSilBu arada yeni keşfettim. takipteyim. Bana da beklerim.
birsenle.com
Çox xoş gəldiniz. Ən qısa müddətdə bloqunuzu ziyarət edəcəm. Yorum üçün təşəkkürlər♡♡♡
SilYazınız gerçekten güzel fakat biraz kaynakça takıntım olduğu için sözün yazarını keşke yazsaydınız eleştirisini yapıyorum:). Bende bir ben vardır bende benden içeri - Yunus Emre
YanıtlaSilHaqlısınız. Amma əslində hər kəs bu ifadənin Yunus Əmrəyə aid olduğunu bilir deyə düşünmüşdüm. Altından adını yazmağı lüzumsuz gördüm. Bəlkə də dediyiniz kimi yazmam daha doğru olardı.
Sil