8 Ekim 2018 Pazartesi

Mahremiyyet hırsızı / D.Sultanov



🔹️Dilaver Sultanov
🔹️Azərbaycan ədəbiyyatı (türkcə)
🔹️111səhifə
🔹️Qiymət : 3/5

✔Duyduklarımla, gördüklerimin kavgasında hırpalanmış bir mütereddidim şimdi.

   Azərbaycanlı yazıçının qələmindən çıxmış türkcə bir əsərdir "Mahremiyet hırsızı". İçində maraqlı və düşündürücü hekayələr var.

   Qarabağ müharibəsinin izlərini daşıyan hekayələri, o dövrü gözləri önündə yaşamış biri kimi diqqətimi daha çox çəkdi. 

   Eyni zamanda fərqli sevgi anlayışına malik insanların hekayəsini dinləyib, anlaşılmaz tərbiyə üsulu ilə övladlarına yanaşan ataları anlamağa çalışıb, eyni dili danışsaq da bəzi sözlərimiz başqa mənalar kəsb etdiyi üçün bu sözlərin Türkiyədə dilə gətirildiyi zaman ortaya çıxan gülməli hallara gülümsədik.

   Maraqlı bənzətmələr, düşündürücü cümlələrin yer aldığı kitabda heç bir şey anlamadan oxuduğum eşqi iqtisadi terminlərlə anladan hekayə də çıxdı qarşıma. 😊
 
   Kitab axıcı deyildi. Səhifəsi az olsa da düşündüyümdən daha gec oxuyub qurtara bildim. İstedadı olan, lakin hələ püxtələşməmiş bir yazıçı təsəvvürü oyatdı məndə.

Seçdiklərim:

   Kelimeleri lisanı-hal sehpasından idama terket, sonra geri dönüp söz olmadan aşkı yaşayabilmenin heyecanını keşfetmeye çalış. Manasını iliklerine kadar hissetdiyin her kelimenin sahibi sensin, geriye kalanlarınsa etkisiz bir iletkenisin.
                             ***
   Eskiden doluluktan yükselen asil bir sükunetin çevresinde halka olmuşduk. Oysa şimdi ne acı; içimizdeki boşlukların zayıf halkasından derinliğimize zarar geldi. 
Meraklarımızın alelacele izdivacı aramızdaki iletişimi sükuta gebe bıraktı.
                            ***
   Aynı elbiseyi beş on gün giysen kokmaya başlar, insan derisini altmış yetmiş yıl giyince, bedeni eskir. Nasıl ki, eski elbiseleri çıkarıp yenisini giydiğimizde bedenimiz yok olmazsa, aynen ölünce de elbise değiştiririz, bedenimiz gitse de ruhumuz kalır.
                           ***
   Minareler maneviyatın harflerini yazan kalemler gibiydi. Necip Fazılın dizeleri okşadı dudaklarımı: " Şehadet parmağıdır göğe doğru minare, Her nakışta o mana: "Öleceğiz ne çare!"

2 yorum:

  1. Kitabın adı bile ilgi çekici. Not alacağım. Teşekkür ediyorum Umman!🌸

    YanıtlaSil
    Yanıtlar
    1. Mən təşəkkür edirəm. Bəli adı da, əslində müəyyən dərəcədə üslubu da fərqli bir kitab idi.

      Sil