22 Ekim 2018 Pazartesi

Şeker portakalı / Jose Mauro de Vasconcelos



🔸️Jose Mauro de Vasconcelos
🔸️Brazilya ədəbiyyatı
🔸️200 səhifə
🔸️Qiymət 5 / 5

✔"Çocuk yüreği unutur, ama affetmez."

   Brazilyalı bir yazıçının 20 il qəlbində daşıdığı öz uşaqlıq hekayəsini 12 gündə qələmə aldığı bir əsərdir Şəkər portağalı. Oxuyarkən göz yaşlarınıza hakim ola bilməyəcəyiniz, 5 yaşlı Zezenin geniş qəlbinin dərinliklərində itib-batacağınız bir əsər...

   Çox əsər oxumuşam bu yaşıma qədər. Lakin heç bir əsərin bu roman kimi həqiqi mənada ürəyimdə sancılar oyatdığı olmamışdı.

   İnsan bir kitabın içərisinə girib, qəhrəmanı qucaqlayıb təsəlli etmək imkanına sahib olmağı arzulayarmı heç? Mən bu kitabı oxuyarkən, elə bir möcüzənin mümkünlüyünü çox istəmişdim.

   Çünki həyatın içindən bir hekayədi Zezenin hekayəsi. Hər insanın uşaqlığından bir parça var orda. Saflığın, sevginin və mərhəmətin kitabıdır Şəkər portağalı.
   Və ən sevdiyim üslubda, kədəri, dərdi şişirdib gözə soxmadan, incə-incə cümlə aralarında, mövzu bütünlüyündə bizə hiss etdirən bir tərzdə yazılıb. Zeze danışır, Zeze anladır. Sadəcə olduğu kimi, başından keçənləri, dialoqlarını. Oxuyub nəticəni sən çıxarırsan. Zezenin heç özünün də anlamadığı həqiqətləri kənardan seyr edirsən.
   Bir uşaq üçün valideyn sevgi və qayğısının nə qədər böyük əhəmiyyət daşıdığını hiss edirsən təkrar-təkrar.  

   Zeze nadinc uşaqdır, hər gün bir hadisə törədir. Lakin bu nadincliyinin arxasında yatan ciddi səbəblər var. Zeze sevgiyə, qayğıya möhtac həssas bir uşaqdır. Qəlbi yumşaq, sevgi dolu, sərhədsiz bir xəyal dünyasına sahib, yaşıdlarından gözlə görüləcək qədər zəkalı olsa da, onu anlayan, dinləyən yoxdur ətrafında, üstəlik hər gün döyülür. 

   O da bir xəyali quşu dost edir özünə. Bütün duyğu-düşüncələrini ona anladır. Sonra bir az böyüyür, yeni köçdükləri evin həyətindəki özü kimi balaca bir portağal ağacını dost seçir özünə. Ağacla söhbətləşir. 

   Gerçək dostu Portuganı tapandan sonra isə heç bir xəyali dosta ehtiyacı qalmır. Bu yaşlı adamla aralarında  qurulan güclü sevgi bağı Zezeni sağaldır yavaş-yavaş. Bütün nadincliklərini kənara qoymağa başlayır. Artıq onun xəyalları gerçək olmuş, onu anlayan, dinləyən, qayğısına qalan biri vardır həyatında. Sonra nələrmi olur? 

   Mütləq oxuyun, öyrənin. Əsla anlatmaqla hiss etdirə bilməyəcəyim duyğular var çünki orda.
   Daha artıq bir şey deməyə ehtiyac yoxdur məncə. Əsəri oxuyub qurtardığım gün dözməyib filmini də izlədim. Amma köhnə versiyasını. Çünki Zezeni görmək istəyirdim. 😊 Və yenə əsəri daha çox bəyəndim.

   Bu əsərin ardı kimi seriya şəklində 2 kitab daha var: " Güneşi uyandıralım", "Delifişek".
   Çox təəssüf ki, "Güneşi uyandıralım"ı tapa bilmədim. "Delifişek"i isə oxudum. Zezenin sonrakı taleyi haqqında bəzi ip uclarını və kitab haqqındakı düşüncələrimi isə  növbəti həftədəki yazıda oxuya bilərsiniz. Sağlıqla, sevgi ilə və ən əsası kitabla qalın dostlar...

Seçdiklərim:

''En kötüsü de, zamanın sanki isteyerek kanatlanıp uçmasıydı.''
***

"Kimseden hiçbir şey beklemiyorum. Böylece hayal kırıklığına da uğramamış oluyorum."
***

"Böyle söylerken yüzümüze bakıyor ama bu gece aramızda çocuk olmadığını biliyordu. Hepimiz büyüktük. Küçük küçük parçalarla, aynı üzüntüden payını alan büyük ve üzgün kişiler.''
***

"Annem, sahip oldugum en az seyi bile benden yoksul olanlarla bölüşmeyi oğretti."
***

"Sevginin ne olduğunu gerçekten keşfedeli beri, bütün sevdiklerimi sevgiye boğuyordum."
***

"Hep senin yanında olmak isterdim, biliyor musun?''
''Neden?''
''Çünkü dünyanın en iyi insanısın. Senin yanındayken beni kimse azarlamıyor ve günışığının yüreğimi mutlulukla doldurduğunu hissediyorum.''
***

"Önemi yok, onu öldüreceğim!"
"Ne diyorsun sen küçük; babanı mı öldüreceksin?"
"Evet yapacağım bunu. Başladım bile. Öldürmek, Buck Jones'un tabancasını alıp güm diye patlatmak değil! Hayır. Onu yüreğimde öldüreceğim, artık sevmeyerek... Ve bi gün büsbütün ölecek."
***

"... Şimdi acının ne olduğunu gerçekten biliyordum. Ayağını bir cam parçasıyla kesmek ve eczanede dikiş attırmak değildi bu. Acı, insanın birlikte ölmesi gereken şeydi. Kollarda, başta en ufak güç bırakmayan, yastıkta kafayı bir yandan öbür yana çevirme cesaretini bile yok eden şeydi. "


7 yorum:

  1. Emeğine sağlık canım alıntılar da çok güzel,okumak istediğim bir kitaptır Şeker Portakalı alışveriş sepetimde bekliyor ama önce Uçurtma Avcısı bitmeli.
    Sevgiler gönderiyorum.

    YanıtlaSil
    Yanıtlar
    1. Çox təşəkkür edirəm. İnşallah oxuyarkən siz də bəyənərsiniz. Uçurtma avcısı da mənim oxumağı çox istədiyim əsərlərdəndir😊

      Sil
  2. Okuduğum en unutulmaz kitaplardan birisiydi. Bu kitabın devamı olan serileri de var. Güneşi Uyandıralım ve Delifişek. Onları da tavsiye ederim. Sevgiler! :)

    YanıtlaSil
  3. harika bir kitap.. adını bile okuduğumda yüreğim burkuluyor.

    YanıtlaSil
    Yanıtlar
    1. Deyilmi?! Bu eseri oxuyub da laqeyd qalan kimse olmamışdır mence. Teşekkür edirem deyerli yorumunuz üçün.

      Sil
  4. ay evet çok güzeel :) instaya da koymuştuun :) filmi de vaar :)

    YanıtlaSil
    Yanıtlar
    1. Belii... Filmini de izledim. Oxuyarken de, izlerken de çox ağladım...😪

      Sil